Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
6
İnsanın II siqnal sisteminin olması onu digər canlılardan fərqləndirir və daha ali edir. Bu sonuncu
amil də yalnız insanın sağlamlığına təsir göstərir. İnsana təsir göstərən müxtəlif ictimai qıcıqlar, mənfi
emosiyalar insanda birbaşa və ya dolayısı ilə xəstəlik törədə bilər.
İnsanın insana münasibəti dedikdə tibb işçilərinin insana münasibətinə xüsusi yer ayırmaq lazımdır.
Tibb işçilərinin xəstə ilə rəftarı xəstəliyin müalicəsində nə qədər əhəmiyyətli təsir göstərirsə, bəzən
ehtiyatsız bir söz və ya rəftar xəstəliyin bir o qədər ağırlaşmasına səbəb ola bilər, hətta yeni bir xəstəliyin
əmələ gəlməsinə şərait yarada bilər. Belə faktorlara yatrogen faktorlar deyilir (Yatros-həkim, genos-
yaradıram deməkdir) .
Həmçinin ağır əmək şəraiti, işsizlik, hərəkətsizlik, pis və ya birtərəfli qidalanma, yaşayış şəraitinin
pis olması, vaxtlı-vaxtında profilaktika aparılmaması da orqanizmin
normal vəziyyətini pozur və
xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Əlverişsiz ictimai-iqtisadi şərait bəzi xəstəliklərin yaranma və
yayılmasında xüsusi rol oynayır. Zöhrəvi xəstəliklər, vərəm, alkoqolizm, narkomaniya və son dövrlərdə
daha çox diqqəti cəlb edən QİÇS də buraya aid edilə bilər.
Ümumiyyətlə, insan ictimai şəraitdə yaşayır və onun sağlamlığına həm ictimai, həm də xarici mühit
faktorları təsir göstərir. Buna görə də insan orqanizmi öyrənilərkən onu həm ictimai, həm də bioloji
varlığın kompleksi kimi nəzərə almaq lazımdır.
Təbabətdə sağlamlıq-xəstəlik dərəcəsini daha dəqiq müəyyən etmək üçün insanlar 5 sağlamlıq
qrupuna bölünürlər. Bu qruplaşmaya əsasən insanların hansı hissəsinin sağlam və ya xəstə olması, kəskin
və ya xroniki xəstə olması, xroniki xəstəliyin ağırlıq dərəcəsi müəyyən edilir.
I sağlamlıq qrupuna tam sağlam adamlar aid olunur. Belə insanlar ictimai və fiziki fəaliyyətə tam
yararlıdır, onların həyatında demək olar ki, heç bir risk faktoru yoxdur. Bu çox az faiz təşkil edir.
II sağlamlıq qrupuna kəskin infeksion və somatik xəstəliklərlə xəstələnənlər, risk faktorları ilə əhatə
olunan insanlar, genetik anamnezində xəstəliklərə meylli olan insanlar aiddir. Bu qrupa əhalinin yarısı aid
edilir.
III sağlamlıq qrupuna xəstəliyin remissiya dövründə olan xroniki xəstələr aiddir. Bunlar əmək
qabiliyyətini itirməmiş xəstələrdir. Belə xəstələr
dispanser qeydiyyata götürülür, vaxtaşırı həkim
müayinəsindən keçirilir.
IV sağlamlıq qrupuna dekompensasiya dövründə olan xroniki xəstələr aiddir. Bunlar əhalinin əmək
qabiliyyətini itirmiş hissəsidir, vaxtaşırı stasionar müalicəsi keçməlidirlər.
V qrup aqonal dövrdə olan insanlardır.
İnsan həyatının sağlam olan dövrünün daha uzun olmasında səhiyyə
sisteminin işinin düzgün
qurulmasının böyük rolu vardır. Sanitar-profilaktik işin düzgün aparılması, sağlamlaşdırıcı mərkəzlərin,
sanator-kurort müalicələrinin təşkili sağlamlığın daha uzun müddətli olmasına xidmət edir.