Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 9 MÖVZU 4 ORQANĠZMĠN MÖHKƏMLƏNDĠRĠLMƏSĠ Orqanizmin möhkəmləndirilməsi müxtəlif xəstəlik törədicilərinə qarşı bədən müqavimətini artırmaq
üçün mühüm fiziki tərbiyə vasitəsidir. Bu orqanizmin sağlamlığına müsbət təsir göstərir, xəstələnmə
hallarının azalmasına və xəstəliklərin daha yüngül keçirilməsinə kömək edir. Soyuqdəymə xəstəliklərinə,
meteoroloji amillərin təsirinə və müxtəlif iqlim şəraitinə orqanizmin müгavimətini artırır, insanı daha
gümrah və yüksək əhval-ruhiyyəli edir.
Bədəni möhkəmlətmək üçün hava və günəş vannalarından, su proseduralarından, həmçinin müxtəlif
idman hərəkətlərindən istifadə olunur. Müalicə və profilaktika məqsədilə günəş şüalarından istifadə
olunması helioterapiya adlanır. Helioterapiya nəticəsində orqanizmin müxtəlif infeksion xəsətliklərə qarşı
müqaviməti artır, insanın əmək qabiliyyəti yüksəlir. Bunun üçün orqanizmə düz düşən günəş şüaları,
səpələnmiş şüalar və müxtəlif əşyaların üzərinə düşərək qayıdan şüalardan istifadə olunur. Helioterapiyanı
bütün sağlam insanlara tətbiq etmək olar. Ümumi günəş vannaları şəklində helioterapiya, yəni bütün
bədənin şüalandırılması çimərliklərdə aparılır. Bu zaman baş kölgədə olmalıdır, gözə tünd şüşəli eynək
taxılmalıdır. Acqarına və qida qəbulundan sonra şüa qəbul etmək olmaz, prosedura vaxtı yatmaq və
mütaliə etmək olmaz. Təyin olunmuş şüa bədənin bütün tərəflərinə bərabər paylanmalıdır. Səhər və
axşamüstü günəş vannaları qəbul edərkən gimnastika və idman oyunları ilə də məşğul olmaq çox
effektlidir. Helioterapiyanın faydalı olması üçün onun müddətini tədricən artırmaq lazımdır. Günəş şüaları
təsirindən dəri əvvəlcə qızarır, sonra melanin piqmenti toplanır və dəri qaralır. Helioterapiya nəticəsində
dərinin ultrabənövşəyi şüalara müqaviməti artır, onun baryer və qoruyucu xüsusiyyəti yaxşılaşır.