Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə12/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 10 
Su ilə müalicə-hidroterapiya adlanır. Su proseduraları da orqanizmin möhkəmləndirilməsi üçün ən 
təsirli vasitə hesab olunur. Gigiyenik və profilaktik məqsədlə tətbiq olunan su proseduralarının təsiri 
suyun temperaturuna, tərkibinə, təzyiqinə və sürətinə əsaslanır. Temperaturuna görə su proseduraları 
soyuq, sərin, ilıq, isti ola bilər. Su proseduraları vannalar, duşlar, çimmək, bədənə su tökmək, yaş 
dəsmalla bədəni silmək şəklində həyata keçirilir. Vannaların təsiri dəriyə temperatur, mexaniki və kimyəvi 
qıcıqların təsirinə əsaslanır. Xarakterinə görə adi su ilə aparılan gigiyenik vannalar və müalicəvi vannalar 
olur. Suyun tərkibinə görə şirin sulu, ətirli, dərmanlı, minerallı və qazlı vannalardan istifadə olunur. Hər 
bir vannanın proseduru 15-20 dəqiqə davam edir. Duş-su proseduralarının ən əhəmiyyətlisidir. Ayrılıqda 
və başqa su prosеduraları ilə kompleks şəkildə tətbiq oluna bilər. Qısa müddətli soyuq və isti duş insanı 
gümrahlaşdırır, əzələlərin və damarların tonusunu artırır, maddələr mübadiləsini sürətləndirir. Sərin və 
soyuq duşdan sonra bədəni yaş dəsmalla sürtmək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Duşun 
təsiri suyun temperaturuna, təzyiqinə və sürətinə əsaslanır. Formasına görə müxtəlif duş formaları 
mövcuddur. Məs:iynəvari yağış duşu, Şarko duşu, yelpikvari, sirkulyar və s.
Çimmə-orqanizmi möhkəmlətmək üçün tətbiq olunan ən yayılmış vasitələrdən biridir. Açıq su 
hövzələrində çimmə bədəni möhkəmləndirir, suyun bədəni termiki qıcıqlandırması ilə yanaşı, hava, günəş 
şüaları və hərəkət də bədənə təsir edir. Çimmə müddəti havanın və suyun temperaturundan asılıdır. 4-5 
dəqiqədən başlayaraq müddəti 20-25 dəqiqəyə qədər uzatmaq olar. Yeməkdən azı 1 saat keçdikdən sonra 
çimmək olar. Bədənə su tökmə-də orqanizmi möhkəmlədən, ürək-damar sistemini tənzimləyən vasitə kimi 
qiymətləndirilir. Bədənə yavaş-yavaş 2-3 vedrə su tökülür, su bədənə çiyin nahiyəsindən elə tökülməlidir 
ki, həm arxa, həm də ön tərəfə tökülsün. Sonra dəri qızarana qədər cod dəsmalla sürtülməlidir.
Yuyunma və ya bədənin yaş dəsmalla silinməsi insanı gümrahlaşdıran, əzələ tonusunu artıran 
proseduradır. Ev şəraitində hər səhər və hər axşam istifadə etmək faydalıdır. Suyun temperaturunu 
tədricən endirməklə daha yaxşı effekt almaq olar. Bəzən yuyunma ilə yaş dəsmalla silinməni bir neçə dəfə 
növbələşdirirlər. İstifadə olunan suya duz, sirkə və odekalon da vurmaq olar. Orqanizmin 
möhkəmləndirilməsi ömrün sağlam keçən hissəsinin uzadılması, beləliklə də uzun ömürlülüyün təmin 
olunması deməkdir. Lakin söhbət təkcə ömrü uzatmaqdan getmir, həm də həyatın gənclik dövrünü 
uzatmağa çalışmaq lazımdır. Bu isə insanın malik olduğu və həyat boyu sağlam həyat tərzi əsasında 
qazandığı keyfiyyətlərdən istifadə etməklə mümkündür. İnsan ömrünün son günlərinə qədər fəal, müstəqil 
və yaradıcı həyat sürə bilər. Bu vasitələri isə bir sözlə, fiziki mədəniyyət adlandırmaq olar.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin