Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə59/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 52 
MÖVZU 25 
 
ĠNYEKSĠYA ZAMANI BAġ VERƏ BĠLƏCƏK AĞIRLAġMALAR 
 
Ġnyeksiya ağırlaĢmaları-ağırlaşmaların böyük əksəriyyəti (allergik reaksiyalar istisna olmaqla) 
aseptika və antiseptika qaydalarına düzgün riayət olunması nəticəsində yaranır.
Ġnfiltrat-bu ən çox dərialtı və əzələdaxili inyeksiyalardan sonra baş verir. Qısa iynə ilə əzələlərə 
vurulan bir sira dərmanların (analqin, maqnezium-sulfat və s. ) dərialtına düşməsi, dərialtına çox həcmdə 
dərmanların şırınqa ilə yeridilməsi və s. sorulma proseslərinin ləngiməsinə və nəticədə infiltratların baş 
verməsinə gətirir. İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı, bərk törəmə əllənir. İnfeksiya düşdükdə 
infiltrat asanlıqla irinləyib absesə və fleqmonaya çevrilə bilir. İnfiltrat zamanı müalicəyə tez başlandıqda 
(ultrabənövşəyi şüalalarla şüalanma, ultrayüksək cərəyan tətbiqi, yerli isidici kompreslər, yerli yodla 
şəbəkə çəkmək) müsbət nəticələr alınır.
Postinyeksion abses-abses irininin məhdud olaraq toxumalar (orqanlar, qarın və döş boşluğu) 
arasındakı məhəlli toplanması olub, toxumaların irinli iltihabı nəticəsində əmələ gəlir və ətraf 
toxumalardan piogen qişa ilə sərhədlənir. Abseslər infiltratın ağırlaşması kımı meydana çıxır və ən çox 
sağrı nahiyəsində olunan inyeksiyalardan sonra baş verir. Müalicəsi cərrahi yolladır.
Fleqmona-bir sira kövşək toxumaların (dərialtı kövşək toxumanın, böyrəkətrafı kövşək toxumanın 
və s. ) yayılmış irinli iltihabı olub, infiltratların ağırlaşması kimi meydana çıxır. Müalicəsi cərrahi yolladır.
Lipodistrofiya-insulin yeridilməsi zamanı rast gəlir və inyeksiya yerində piy toxumasının itməsi ilə 
(az hallarda hipertrofiyası) xaratkerizə olunur. Səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün 
insulin yeridilən yerlər tez-tez dəyişilməlidir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin