Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə58/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   165
Tibb bacısının işi

Damcı üsulu ilǝ mǝhlul köçürmǝ. Damcı üsulu ilǝ mǝhlul köçürmǝ-uzunmüddǝtli proseduradır. 
Bunun üçün proseduranı başlamamışdan ǝvvǝl xǝstǝyǝ kömǝk etmǝk lazımdır ki, o, rahat uzansın vǝ 
hǝmçinin başa salmaq lazımdır ki, bu prosedura tam sakitlik vǝ sǝbr tǝlǝb edir. ĠĢin gediĢi: 
1) Bazunun 1/3 hissǝsinǝ jqut qoyulur; 
2) Dirsǝk çuxuru spirtdǝ isladılmış pambıq tamponla işlǝnilir. Bu zaman xǝstǝ ovcunun açıb-yumur; 
3) Dǝrini dartaraq venanı fiksasiya edirlər; 
4) İynǝdǝn qapağı çıxarır vǝ vena punksiya edilir
5) İynǝnin konyulasında qan görünǝn kimi jqut açılır; 
6) Vint açılır, sistem iynǝyǝ birlǝşdirilir; 
7) İynǝ leykoplastırla fiksǝ edilir vǝ steril salfetka ilǝ örtülür.
Damcı üsulu ilə mǝhlul köçürǝn zaman tibb bacısı dövri olaraq xǝstǝnin vǝziyyǝtini, hǝmçinin 
inyeksiya nahiyǝsindǝ şişkinliyin olub-olmamasını, damcıların sürǝtini yoxlayır. Şişkinliyin olması onu 
göstǝrir ki, iynǝ venadan çıxmışdır! Mǝhlulun getmǝməsinǝ isǝ ya borunun qatlanması, ya da iynǝnin 
trombla tutulması sǝbǝb ola bilǝr. Borunun qatlanmasını aradan qaldırmaq asandır. İynǝnin trombla 
tutulması zamanı isǝ sistemi ayırmaq vǝ venanı başqa iynǝ ilǝ punksiya etmǝk lazımdır. Bǝzǝn bir neçǝ 
flakon köçürmǝk lazım gǝlir. Bu halda aşağıdakı kimi hǝrǝkǝt etmǝk lazımdır:vint bağlanılır (iynǝ 
venadan çıxarılmır vǝ damcısalanın boşalmasına yol verilmir), boşalmış flakondan mǝhlul aparan iynǝ tez 
çıxarılıb dolu flakona taxılır, daha sonra isǝ havaçıxaran iynǝ salınır.
 
 


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 51 
Yadda saxlamalı! 
1) Bütün alǝtlǝr vǝ inyeksiya üçün istifadǝ olunan mǝhlullar steril olmalıdır; 
2) İnyeksiyadan ǝvvǝl diqqǝtlǝ dǝrman preparatının adı, dozası vǝ saxlanma müddǝti oxunmalıdır; 
3) Adı oxunmayan, rǝngi vǝ şǝffaflığı dǝyişmiş dǝrman preparatları yararlı deyildir! Köçürüləcək mayeni 
40 dərəcəyə qədər qızdırmaq lazımdır. Mayenin temperaturunu sabit saxlamaq ücün mayenin axdığı rezin 
boruya ortadan qatlanmış isidqac qoyur və onun soyumamasına fikir vermək lazımdır. Məhlulun 
yeridilmə sürəti damcı qabı ilə tənzimlənir. Dəqiqədə 40-60 damcı tökülməlidir. Venaya hər hansı dərman 
vurmaq lazım ğəldikdə borucuğun üzərini steril spirtli pambıqla silir və punksiya yerindən yuxarı sıxıcı 
alətlə sıxırlar.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin