Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
47
MÖVZU 22
ġPRĠS VƏ ĠYNƏLƏRĠN NÖVLƏRĠ, ONLARIN ĠġLƏDĠLMƏSĠ. DƏRĠALTI,
DƏRĠĠÇĠ, ƏZƏLƏDAXĠLĠ ĠNYEKSĠYALARIN TEXNĠKASI
İnyeksiyalar şpris və iynələrin köməyi ilə aparılır. Şpris mayeni yeritmək və sormaq üçün nasos
olub, iki deşiyi olan içiboş silindr (böyük dəlik porşen, kiçik dəlik isə iynəni taxmaq üçündür), oxlu
porşen və dəstəkdən ibarətdir. Silindrin üzərində ml-lərlə nişanlanmış bölgülər vardır. Porşen silindrin
daxili divarına kip toxunaraq sərbəst hərəkət etməli, lakin hermetik olmalıdır, yəni hava və maye
buraxmamalıdır. Şprislərin müxtəlif növləri vardır:“Rekord“, “Lyuer“ tipli şprislər, şpris-tübiklər və s.
”Rekord»tipli şprislərin silindri şüşədən, porşeni, konus və sağanağı isə metaldan hazırlanır. Belə
şprislərin bir sıra çatışmayan cəhətləri vardır:qızma və soyuma zamanı metal və şüşənin həcminin
dəyişməsi müxtəlif olduğu üçün çox vaxt şüşə silindr sınır, yaxud metal porşen soyumayana qədər onu
silindirə salmaq mümkün olmur.
“Lyuer” tipli şpris tamamilə şüşədən hazırlanır. Bu şprislər tez sınır, konusu tez yeyilir və
hermetikliyi qısa bir vaxtda pozulur. Kombinəolunmuş şprislərin silindrləri metal soğanaqsız, konusları
metaldan olub, porşenləri şüşədəndir.
Son zamanlar plastmasdan hazırlanmış və fabrik şəraitində sterilizə edilmiş birdəfəlik şprislərdən
istifadə etmək məsləhət görülür. Bunlar yalnız bir dəfə dərman yeritmək üçün nəzərdə tutulur (qazanılmış
immun çatmamazlıq sindromunun-QİÇS-in profilaktikası məqsədilə) .
İlk və təcili yardım göstərmək məqsədilə şpris-tübiklər daha əlverişlidir. Bunlar içərisində istifadə
üçün hazır dərman doldurulmuş, fabrik şəraitində hazırlanmış steril birdəfəlik şprislərdir.
Tibbdə həmçinin bir sıra xüsusi təyinatlı şprislər də işlədilir:insulin şprisi, qırtlağı, qulağı yumaq
üçün şprislər, boşluqları yumaq üçün işlədilən 50-200 ml tutumlu Jane şprisləri və s. bunlara aiddir.
İnyeksion iynələr bir ucu çəp kəsilmiş və iti olan, digər ucu isə şprisin konusuna taxılmaq üçün
muftası olan paslanmayan xromnikelli metaldan hazırlanan borudur. İynələr müxtəlif uzunluqda (15-90
mm) və diametrdə (0,4-2 mm) olur və rəqəmlə nömrələnir:0415, 0420, 0520, 0840, 1060. Birinci iki
rəqəm onda bir millimetr olmaqla iynənin diametrini, axırıncı iki rəqəm isə iynənin mmlə uzunluğunu
bildirir.
Dostları ilə paylaş: