Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə51/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 45 
MÖVZU 21 
 
DƏRMAN MADDƏLƏRĠNĠN YAZILMASI, SAXLANMASI VƏ 
ĠġLƏDĠLMƏSĠ. DƏRMANLARIN ORQANĠZMƏ YERĠDĠLMƏ YOLLARI 
 
Dərman maddələri orqanizmə həm yerli, həm də ümumi təsir edir. Dərman maddələrinə olan 
reaksiyalar orqanizmin fərdi xüsusiyyətindən, toxuma və orqanların həssaslığından asılıdır. Dərman 
preparatları bədənə aĢağıdakı yollarla yeridilir: 
1. Enteral, yəni həzm sistemi yolu ilə,
2. Parenteral, yəni həzm sistemindən kənar yolla.
3. Xaricə.
Enteral yeridilən dərman mədə-bağırsağın selikli qişasından sorulur. Bu üsulla dərmanlar ağızdan 
(oral və ya per os), düz bağırsaqdan (rektal), dil altına (sublinqval), yanağın selikli qişasından 
(transbukkal), zondla birbaşa 12barmaq bağırsağa yeridilə bilər.
Parenteral metoda dərmanların xaricə, inyeksiya vasitəsilə d/i, d/a, ə/d, v/d yeridilməsi aid edilir. 
Dərman maddələri yerli olaraq birbaşa xəstəlik ocağına-onurğa beyin kanalına meningitdə, oynaq 
kisələrinə iltihab olduqda, plevra boşluğuna, bronxlara və traxeyaya və s. də yeridilə bilər.
Hər bir üsulun müəyyən müsbət və mənfi cəhətləri vardır. Belə ki enteral dərman qəbulu asandır, 
kənar şəxsin yardımına ehtiyac yoxdur və sterillik tələb olunmur. Mənfi cəhəti odur ki, nisbətən gec təsir 
edir, dərmanlar bağırsaqdan sorulduqdan sonra qapı venası ilə qaraciyərə daxil olur və onların bir hissəsi 
orada aktivliyini itirir. Parenteral üsulun müsbət cəhəti dərmanın dozasının dəqiq olması və qısa müddətdə 
təsiretməsidir. Mənfi cəhəti isə ağrılı olması, kənar səxsin (tibb bacısının) yardımının və sterilliyin tələb 
olunmasıdır.
Dərman maddələrinin əsas təsirindən başqa mənfi yanaşı reaksiyalar əmələ gələ bilər. Bəzən dərman 
maddələri bir-birinə əks təsir göstərir. Tibb bacısı bilməlidir ki, hansı dərmanları bir vaxtda vermək 
olmaz. Orqanizmin dərmanı götürməməsi anafilaktik şok əmələ gətirə bilər. Bəzi dərman maddələrini 
qəbul etməzdən əvvəl sınaq qoyurlar. Dərman maddələrinin uzun müddət qəbulu onun müalicəvi təsirini 
azaldır. Orqanizm bəzi dərmanlardan uzun müddət istifadə etdikdə ona alışır. Belə dərmanların təyin 
olunmasına xüsusi nəzarət olunmalıdır. Bəzi dərmanlar orqanizmdə toplanır. Tibb bacısı dərmanların 
dozasını bilməlidir. Bunu yaşdan və bədən çəkisindən asılı olaraq təyin edirlər. Birdəfəlik, yüksək 
birdəfəlik, sutkalıq, həmçinin toksik və ölümcül doza olur.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin