Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
44
Ağ ciyərin bir payında xəstəlik varsa, xəstə sağlam tərəf üstə yatır və bu da bəlğəmin çıxmasına səbəb
olur.
Xəstənin rejimi-xəstə stasionara daxil olduqda tibb bacısı onu şöbənin daxili qayda-qanunu ilə tanış
edir. Ona rejim təyin olunur:
1. yataq rejimi-bu vaxt xəstəyə yataqdan
qalxmağa icazə verilmir, bütün fizioloji aktları xəstə yataqda
edir;
2. yarımyataq rejimi-xəstəyə yalnız ayaqyoluna getməyə icazə verilir;
3. ümumi rejim-xəstəyə şöbədə gəzməyə icazə verilir.
Yataq yaraları-uzun müddət yataqda olan zəif xəstələrdə baş verən trofik xora-nekrotik prosesdir.
Yataq yaraları yumşaq toxumaların sıxıldığı yerlərdə-oma, kürək, daban, ənsə, dirsək və s. nahiyələrdə
əmələ gəlir. Dəriyə pis qulluq, döşəyin narahat olması buna səbəb ola blər. İlk əlamət:Dəri ağarıb sonra
qızarır. Şişir və dərinin üst qatı soyulur. Bundan sonra suluqlar və nekroz əmələ gəlməyə başlayır.
Infeksiya qoşularsa, sepsis baş verə bilər.
Profilaktikası:
1. xəstənin vəziyyəti imkan verərsə, gündə bir neçə dəfə böyrü üstə çevirməli;
2. tez-tez döşəkağı çırpılmalıdır ki, orada çörək qırıntıları olmasın;
3. döşəkağı və xəstənin alt paltarında qırışlar və yamaq olmamasına fikir verməli;
4. uzun müddət yataq xəstəsi olanların altına hava üfürülmüş rezin dairə qoyulmalıdır.
Ona örtük elə
taxılmalıdır ki, xəstənin oması deşiyə tən gəlsin;
5. hər gün dəri dezinfeksiya edilməlidir;
6. dərinin qızartı olduğu yerlər quru dəsmalla sürtülməlidir;
7. dərinin maserasiyaya uğramış yerləri soyuq su və sabunla yuyulub, spirtlə silinir, sonra üzərinə pudra
səpilir.
Müalicə: Suluq əmələ gəlibsə, brilyant abısının spirtli məhlulu ilə silinir, sonra quru sarğı qoyulur.
Nekroz varsa, ölmüş toxumalar kəsilir və yaraya 1%-li kalium permanqanat məhlulunda isladılmış salfet
qoyulur. Sarğı gündə 2-3 dəfə dəyişilməlidir. Yara təmizləndikdən sonra Vişnevski məlhəmi qoyulur.
Xəstədə yataq yarasının olması xəstəyə qulluğun və sanitariya xidmətinin aşağı olmasını göstərir.