Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
41
Mövzu 19
TĠBB BACISI POSTUNDA ĠġĠN TƏġKĠLĠ, NÖVBƏNĠN TƏHVĠL
VERĠLMƏSĠ
Tibb bacısı növbə ərzində şöbənin koridorunda olmalıdır. Burada tibb bacısının postu təşkil olunur.
İntensiv terapiya və reanimasiya şöbələrində isə tibb bacısı növbəni palatada, xəstəin yanında keçırır.
Müalicə müəssisələrində tib bacısının postu xidmət etdiyi palataların yanında təşkil edilir. Burada
stol, dərmanların saxlanması
üçün şkaf, dərman paylamaq üçün ayaqları diyircəkli stol yerləşir. Ehtiyac
olarsa tez xarab olan olan dərmanlar üçün soyuducu, narkotiklər və çox güclü dərmanlar üçün seyf, əl-üz
yumaq üçün kran da ola bilər. Postdakı stolun üstündə telefon, lampa, palatadan çağırış üçün siqnalizasiya
lövhəsi olmalıdır. Əgər şöbədə prosedura otağı yoxdursa, postda alətlər və şprislər üçün ayrıca stol olur.
Dostları ilə paylaş: