Çəki-xəstələr səhər acqarına, sidik kisəsi, mümkünsə, bağırsaqlar boşalmış vəziyyətdə
çəkilməlidirlər.
DöĢ çevrəsi-santimetrli lenti götürüb onu döş qəfəsinin üzərinə elə qoyurlar ki, o, qabaqdan IV
qabırğa səviyyəsindən, arxadan kürəklərin aşağı bucaqlarından keçsin. Ölçmə sakit nəfəs aldıqda, həm də
dərindən nəfəsalma və dərindən nəfəsvermə zamanı aparılır.
Spirometriya-AHT-nun təyin edilməsidir. AHT kişilərdə 3500-4500 cm
3
, qadınlarda 2500-3000
sm
3
. Bunun üçün Hetçinson spirometrindən istifadə olunur. O, tutumu 6-7 l olub, bir-birinin içində olan
iki silindrdən ibarətdir. Xarici silindrə su tökülür, içindəki silindr isə başıaşağı endirilmiş və iki çəki daşı
ilə tarazlanmış olur. Daşların blokdan keçirilmiş ipi vardır. Daxili silindrin içərisində borucuq vardır.
Onun daxili ucu suyun səviyyəsindən yuxarıdadır. Borucuğun xarici ucuna şüşə və ya rezin ucluqlu rezin
borucuq taxılır. Hər adamdan sonra ucluq dəyişdirilir. Spirometriya aparmaq üçün dərindən nəfəs alıb
burunu sıxıb, ağızdakı ucluğa yavaş-yavaş maksimum nəfəs verilir. Nəfəslə buraxılan hava cihazın
içindəki silindri qaldırır. Bu vaxt silindrin üzərindəki şkala üzrə havanın həcmi olunur. AHT-nu sadə yolla
da yoxlamaq olar. Lakin bu dəqiq olmur. Sağlam adam bir nəfəsvermədə ən azı 40-a qədər saya bilir.
Bundan az sayı AHT-nun azaldığını göstərir.
Son zamanlar portativ elektron spirometrlərdən də geniş surətdə istifadə olunur. Bu spirometrlər
üzərində monitor olan elektron cihazdan, ona bərkidilmiş borucuqdan və ucluqdan ibarətdir. Xəstə
dərindən nəfəs alıb ucluğa nəfəs verir, bu zaman verilən havanın həcmi monitorda qeyd olunur.
Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 37 MÖVZU 16