Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
36
MÖVZU 15
ANTROPOMETRĠYA VƏ SPĠROMETRĠYA.
Antropometriya-insan
bədəninin, onun müxtəlif nahiyələrinin ölçülməsi üsullarının məcmuyuna
deyilir. Buraya boyun, döş qəfəsinin, qarnın dairəsinin ölçülməsi, bədən çəkisinin təyini və s. aiddir. Sadə
ölçmələri tibb bacısı aparır.
Boyun ölçülməsi-bunun üçün boy ölçəndən istifadə edilir. Bu,
şaquli istiqamətdə duran
santimetrlərə bölünmüş şkalası olan taxtadan və onun üzəri ilə yuxarı-aşağı
sərbəst hərəkət edən üfüqi
xətkeşdən ibarətdir. Xəstə boyölçənin meydançasında arxasını şaquli şkalası olan taxtaya söykəməklə dik
durur; baş elə tutulmalıdır ki, qulaqlar ilə gözün xarici bucağı bir üfüqi xətt səviyyəsində olsun. Belə
vəziyyətdə üfüqi xətkeş ehmalca təpəyə toxundurulur. Xətkeşin aşağı tərəfindəki şaquli şkalası olan
taxtadakı rəqəm müayinə olunan şəxsin boyunun uzunluğunu göstərir.
Dostları ilə paylaş: