Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
33
Komputer tomoqrafiya
Kompüter tomoqrafiya (KT) rentgen şüalarından istifadə olunaraq bədənin
istənələn bölgəsinin
eninə kəsiklərlə görüntüsünü əldə etməyə yönəlmiş radioloji müayinə metodudur. KT cihazı xəstə
masasından, rentgen borusu yerləşdirilmiş gantry adlı sistemdən və kompüterdən ibarətdir.
Müayinə
əsnasında xəstə masa üzərində hərəkət etmədən uzanır və gantry içərisinə daxil edilir. Rentgen
borusundan çıxan rentgen şüaları xəstənin bədənindən keçdikdə müxtəlif toxumalarda müxtəlif dərəcədə
udulmaya məruz qaldıqdan sonra alınan məlumatlar kompüter tərəfindən qeydə alınır. KT-nın
digər
müayinə üsullarından əsas üstünlüyü orqan və toxumaların orqanizmdə dəqiq lokalizasiyasını və patoloji
toxumanın normal toxumayla dəqiq münasibətinin göstərə bilməsidir. Əksər hallarda KT xəstəliyə
vaxtında və düzgün diaqnoz qoymaqla yanaşı müalicə həkiminə xəstəliklərin differensial diaqnostikasında
və düzgün müalicə üsullarının seçilməsində yardım edir.
Rəqəmli rentgen müayinəsi
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
34
“SĠREMOBĠL-2000 rəqəmsal (inteqral-sifrovoy) rentgen aparatı vasitəsi ilə bütün orqanların
rentgen müayinəsi aparılır. Digər rentgen aparatlarından fərqli olaraq bu aparatda şüalanma çox zəif
dərəcədədir (USM aparatları səviyəsində) . Aparat hərəkətlidir və onu müxtəlif vəziyyətlərə çevirərək
bədənin istənilən nahiyəsini çox asanlıqla müayinə etmək olur. Müayinə işıqlı
otaqda keçirilir və
pasiyentin bütün orqanları canlı şəkildə monutorda görünür. Lazım olan nahiyələrin şəkli avtomatik
çəkilir, aparatın monitorunu və kompüterin yaddaşına ötürülür. Sonra yaddaşda olan rentgen şəkillərinə
əsasən xəstəliyin dəqiq diaqnozu qoyulur.
Dostları ilə paylaş: