Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
32
Daxili orqanların xəstəlikləri zamanı xəstə üçün ilkin, əhəmiyyətli, praktik, sadə və dəqiq müayinə
metodu ultrasəs müayinəsidir.
Müayinənin
üstünlüyü ondan ibarətdir ki, səs dalğalarından istifadə olunduğu üçün xəstə heç bir
şüalanma almır, üfüqi vəziyyətdə uzanaraq aparatın xüsusi datçikklərindən istifadə olunur. Müayinənin
aparılması zamanı daxili orqanların ölçülərinin norma daxilində olub-olmaması, toxumaların səs
dalğalarını udma intensivliyindən asılı olaraq onlarda funksional, pataloji dəyişikliklərin olub-olmaması
aydınlaşdırılır. Məsələn;
Qaraciyərin kapsulasının hamarlılığı, itiliyi, qalınlaşması, diafraqmaya münasibəti, ətrafında
mayenin yığılması nəzərə alınır.
Qaraciyər strukturasında birləşdirici toxumanın az və ya çox olması, hansı nahiyədə artması böyük
əhəmiyyət kəsb edir.
Kistalar, törəmələr, hemangiomalar, kalsenatlar asanlıqla aşkar olunur
Dopplerometrik Ultrasəs müayinəsi zamanı orqan toxumasını qidalandıran arteriyaların,
venaların, qaraciyər daxili venaların xəstəliklərə uyğun dəyişikliyi (diametri, axın sürəti, rezistentlik
indeksi, pulsasion indeks, sistolanın diastolaya nisbəti, trombozlar, divar böyu sərtləşmələrı, cöküntüləri
və s.) aydınlaşdırılır.
Ultrasəs müayinəsi vasitəsi ilə daxili orqanlardan əlavə aşagı, yuxarı ətraf,
baş beyinə gedən
damarların (arteriya və venalar), yumşaq toxumaların, diz oynagının doppler müayinəsi aparılır.
Yeni dogulmuş uşaqlarda (əmgəg baglanana qədər) baş beyində neyrosonoqrafiya müayinəsi aparılır
ki, bu zaman beyin mədəcikləri, parenximası, qansızmalar, törəmələr, inkişaf qüsurları aydınlaşdırılır.
Bud-çanaq oynağında displaziyaların dərəcələri aydınlaşdırılır. Oynağın
inkişaf səviyyəsi
müəyyənləşdirilir.
Timus vəzinin ölçüləri böyümə dərəcələri vaxtında müəyyənəşdirilir.
Xayaların USM-müayinəsi uşaqlarda və böyüklərdə aparılır. Uşaqlarda onların düzgün yerləşib
yerləşməməsi, yırtıqların dərəcələri, mayenin normadan az və ya çox olması, xayaların ölçüləri, struktur
dəyişiklikləri araşdırılır. Böyüklərdə kistalar, törəmələr, damar mənfəzində genişlənmələr (varikoselenin
dərəcələri) aydınlaşdırlır.
Uroloji müayinə zamanı prostat vəzinin pataloji dəyişiklikləri, törəmələr, sidik kisəsinə inteqrasiya
dərəcəsi aydınlaşdırılır.
Süd vəzilərinin vaxtaşırı müayinəsi mastopatiyaların, törəmələrin, kistaların,
düyünlərin dəqiq
araşdırılmasına səbəb olur.
Qalxanvarı vəzi, ginekoloji orqanların, hamilələrin dəqiq müayinəsi aparılır.
Vaxtında aşkar olunan xəstəliyin müalicəsi daha effektiv olur.
Hər bir insan hər hansı bir şikayətinin olub-olmamasından asılı olmayaraq profilaktik olaraq heç
olmasa ildə bir dəfə ultrasəs
müayinəsindən keçməsi gizlin, simptomsuz ağrısız gedən xəstəliklərin
vaxtında aşkara çıxmasına səbəb olur.
USM-müasir diaqnostika üsulları sırasında ən dəqiqidir və diaqnozun müəyyən olunmasında 50%
rol oynayır. USM-sadə, təhlükəsiz, rahat, real rejimdə aparılan, yəni nəticəni dərhal bildirən müayinədir.
USM zamanı daxili orqanlara ultrasəs dalğası
yönəldilir, bu dalğalar orqanlardan əks olub,
ekranda
görüntü yaradır. USM vasitəsi ilə biz, orqanların həcmi, forması və xarici görüntüsü barədə məlumat
toplayırıq.
Dostları ilə paylaş: