TĠBBĠ SƏNƏDLƏġMƏ. ƏSAS TĠBBĠ SƏNƏDLƏR Xəstəxanada və ya hər hansı müalicə-profilaktika müəssisələrində xəstə üçün əsas sənəd xəstəlik
tarixidir. Bu xəstəxananın qəbul şöbəsində doldurulur. Xüsusi nömrələnmiş sənəddir, baş həkim
tərəfindən təsdiq olunur və onu dəyişmək və təzələmək olmaz. Qəbul şöbəsində tibb bacısı xəstəlik
tarixinin pasport hissəsini doldurur. Sonra həkim orada xəstəlik və xəstənin müayinə nəticələrini qeyd
edir. Xəstənin xəstəliyinin bütün gedişi, müalicəsi, ağırlaşmaları, bu zaman göstərilən tibbi yardım
xəstəlik tarixində qeyd olunmalıdır. O, hüquqi sənəddir, ona görə də tam yazılmalıdır.
Xəstəlik tarixi bütün müalicə müəssisələri üçün məcburi olan və Səhiyyə Nazirliyi tərəfindən təsdiq
edilmiş vahid blankda yazılmalıdır. Xəstəlik tarixində xronoloji ardıcıllıq gözlənilməlidir. Bütün
analizlərin nəticələri və instrumental müayinə nəticələri xəstəlik tarixinə əlavə olunmalıdır. Tibb bacısı bu
müayinələrin cavablarını ardıcıllıqla xəstəlik tarixinə yapışdırır. Bədənin temperaturu, nəbz, tənəffüs, A/T,
diurezin miqdarı ölçülüb həm xəstəlik tarixinin gündəliyinə, həm də fərdi temperatur vərəqinə qeyd
olunur. Xəstəlik tarixi tibb bacısı postunda, qıfıllı yeşikdə saxlanılmalıdır. Onu xəstəyə göstərmək olmaz.
Poliklinikada bu sənədi ambulatoriya vərəqəsi əvəz edir. Ambulator vərəqələri qeydiyyat otağında
saxlanılır. Sağaldıqdan sonra və yaxud da vəziyyəti yaxşılaşdıqda xəstələri evə yazırlar. Xəstə həddi-
buluğa çatmayıbsa, onu ançaq valideyninin içazəsi olduqda evə buraxmaq olar. Xəstə evə yazılarkən
həkim əvvəlçədən onu evə yazmaq üçün lazım olan sənədləri hazırlamalıdır, epikriz, yəni xəstəlik
tarixindən çıxarış yazılır. Xəstəyə əmək qabiliyyətini itirmək haqqında xəstəlik vərəqəsi verilməlidir.
Xəstənin xəstəxanada olduğu barədə arayış verilir və bu arayışda xəstənin diaqnozu göstərilir. Xəstənin
daimi həkim müşahidəsində olaçağı müaliçə müəssisəsinə xəstəlik tarixindən çıxarış verilir. Burada
xəstəliyin ğedişini, müaliçə metodlarını və laborator müayinələrin nətiçələrini və xəstəyə veriləcək
məsləhətləri qeyd edirlər. Ümumiyyətlə, hər bir tibbi müəssisənin profilinə uyğun olaraq tibbi
sənədləşməsi aparılır. Bütün tibbi sənədləşmələr səliqəli və düzgün aparılmalıdır.