Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə53/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   165
Tibb bacısının işi

Dərmanların paylanması-bunu tibb bacısı yerinə yetirir, təyinat vərəqində mütləq həkimin imzası 
olmalıdır. Təyin olunma və kəsilmə tarixi göstərilməlidir. Dərman paylayarkən qəbul qaydası xəstəyə başa 
salınır. Xəstə dərmanı tibb bacısının yanında qəbul etməlidir.
Dərmanların xaricə iĢlənməsi-dəridə eroziya, ekzema, dermatit əmələ gəlməsi, yandırma, qaşınma, 
kəskin iltihabi proseslər, əzilmə, qansızma olduqda islatma vasitələri və dərmanlar təyin olunur.
Ġslatma vasitələri-soyuğun təsirinə əsaslanır. Bu məqsədlə soyuq məhlullar işlədilir. Bunun üçün 
steril salfet, steril dərman qutusu və soyudulmuş dərman məhlulu olmalıdır. İslatma dərmanları adətən 
bütün gün ərzində qoyulmalı, axşam-səhər 1-2 saat fasilə olmalıdır. Nəmişli-quruyan sarğılar öz rütubətli 
istiliyi ilə təsir edir. 10-15 qat bükülmüş tənzif isladılır, sıxılır, sonra dərinin zədəli nahiyəsinə qoyulur, 
üzərinə kompres kağızı qoyub bintlə sarıyırlar. 4-6 saat saxlanılır. Əks göstəriş:irinli dəri xəstəlikləri və 
nəmlənmiş kəskin iltihabi proseslər.
Kompres sarğıları-rütubətli istinin uzun müddət təsir göstərməsinə əsaslanır. Məhdudlaşmış dəri 
infiltratlarının, dərialtı piy təbəqəsinin və əzələ infiltratının sorulmasına köməkçi vasitə kimi, oynaqların 
xroniki xəstəliklərində yayındırıcı vasitə kimi tətbiq edilir. Əks göstǝriş:dǝrinin tamlığının pozulması, 
qızdırma, dǝridǝ irinli sǝpkilǝr.
Kompres üçün bint, tənzif, salfetlər, kompres kağızı, steril dərman qutusu, pinset, dərman maddələri, 
yağlar lazımdır. Kompres sutkada 2 dəfə dəyişilir. Götürüldükdən sonra 30-40%-li spirtlə, üzüm sirkəsi və 
ya odekalonla silinir, isti saxlanılır. İsti kompres 5-10 dəqiqədən bir dəyişilir. Yapışqanlı sarğı-baldırların 
trofik xoraları və venaların varikoz genişlənməsinin müalicəsində tətbiq olunur. Əvvəlcə xəstənin ayağı 
sabunla yuyulur. Sonra 10-15 dəqiqə ayaqlar 35-40 dərəcə yuxarı olmaqla uzandırılır. Bütün prosedura 
ayaqların bu vəziyyətində aparılır. Dərinin sağlam hissəsi spirtlə sürtülür, barmaq arasına pambıq qoyulur. 
5-6 qat bükülmüş tənzifi əvvəlcə 40-420 S qızdırılmış yapışqanlı kütlə ilə hopdurub xoranın üzərinə 
qoyurlar. Sonra üçqat bükülmüş binti də həmin kütlə ilə hopduraraq bu bintlə ayağın barmağından 
başlayıb dizə qədər olan hissəsinə kirəmit şəklində sarğı qoyurlar. 15-20 dəqiqə sarğı səthi quruyur, sonra 
üzərinə talk səpir və üstündən bint sarğısı qoyurlar. Sarğı 15-20 gündən sonra götürülür. Əks 
göstəriş:kəskin iltihabi proseslər.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin