Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 54 MÖVZU 26 VAKSĠNLƏRĠN VƏ ZƏRDABLARIN YERĠDĠLMƏSĠ Vaksinlər mikroorqanizmlərdən və onların həyat fəaliyyəti məhsullarından hazırlanmış preparatlar
olub, mikroorqanizmlərə və onların toksinlərinə qarşı aktiv, spesifik, qazanılmış immunitet yaratmaq üçün
istifadə olunur. Vaksinlər iki kateqoriyaya ayrılır:ənənəvi (birinci və ikinci nəsil) və yeni (yeni
biotexnoloji metodlarla hazırlanan)
Birinci nəsil vaksinlərə klassik Cenner və Paster üsulu ilə, zəiflədilmiş canlı və ölü
mikroorqanizmlərdən hazırlanan vaksinlər aiddir.
İkinci nəsil vaksinlərin əsasını törədicilərin ayrı-ayrı komponentləri, kimyəvi birləşmələri təşkil edir,
məs., difteriya və tetanus anatoksini, meninqokok və pnevmokok antigenləri.
Yeni nəsil vaksinləri müxtəlif kimyəvi sintez və biosintez metodları ilə əldə edirlər.
Dünyanın bir çox ölkələrində təhlükəli infeksiyalardan qorunmaq üçün vaksinasiya aparılır.
Azərbaycanda da immunizasiya dövlət tərəfindən qəbul olunmuş xüsusi peyvənd təqviminə əsasən
aparılır. Bu təqvimə əsasən 0-6 yaş arasında olan uşaqlar bir sıra təhlükəli infeksiyalara qarşı planlı
surətdə peyvənd olunur.
Bəzən isə müəyyən epidemioloji göstərişlərə əsasən əhali arasında vaksinasiya aparılır (məs, qrip,
qızılca virusunun yayılması) .
Vaksinlərin saxlanması və daĢınması.Vaksinlərin saxlanması və daşınması son dərəcə ciddi
məsələdir. Belə ki, vaksinlər temperatur dəyişikliyinə son dərəcə həssas olduqları üçün cüzi t
0
dəyişikliyi
nəinki onların aktivliyinin azalmasına, hətta güclü allergik və toksiki reaksiyalara səbəb olur. Vaksinlərin
saxlanması və daşınması “soyuq zəncir” prinsipi əsasında təmin olunur. Bu prinsip vaksinlərin zavoddan
poliklinikaya qədər eyni temperaturda (+2 +8
0
) daşınmasını və saxlanmasını təmin edir. Hətta
avtomobildə, təyyarədə və çantalarda daşınarkən içində temperatur göstəricisi olan xüsusi soyuq
konteynerlərə qoyulur. Bu prinsip pozularsa vaksin yararsız hesab olunur və məhv edilir.
Tibb müəssisələrində vaksinlərin saxlanması üçün xüsusi otaq ayrılmalıdır. Bu otaq tam steril
şəraitdə olmalı, digər proseduralar icra olunmamalıdır. Vaksinlərin vurulması bu barədə xüsusi kurs
keçmiş tibb bacısı tərəfindən icra olunur. İstifadə olunmamış, vaxtı keçmiş, istifadəyə yararsız vaksinlər
və istifadə olunmuş birdəfəlik şprislər GEM-in əməkdaşinin iştirakı ilə yaşayış binalarından uzaq bir
yerdə məhv edilməlidir.