Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Zəli insult və infarkt xəstəliklərinin ən yaxĢı profilaktik üsullarından biri sayılır



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə70/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   165
Tibb bacısının işi

Zəli insult və infarkt xəstəliklərinin ən yaxĢı profilaktik üsullarından biri sayılır . Varikoz 
xəstəliyi, bir sıra ginekoloji xəstəliklər (mioma, endometrioz, yumurtalıqlar kistaları və s. ) zamanı zəli ilə 
müalicə çox yaxşı nəticələr verir. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə 
olunur. Bir çox dəri xəstəliklərinin (trofik xoralar, psoriaz, ekzema, sklerodermiya və s. ) müalicəsində 
zəli ən təsirli tibbi»vasitədir”.
Hirudoterapiya kosmetologiyada da istifadə olunur. Zəlinin sekreti (şirəsi) dərini cavanlaşdırır, daha 
parlaq edir, xırda qırışları yox edir.
Lakin hirudoterapiya (latın dilində-"zəli ilə müalicə") yalnız təcrübəli əllərdə insana xeyir gətirə 
bilər. İlk növbədə hirudoterapiya yalnız həkim tərəfindən təyin olunmalıdır. Çünki, bəzi xəstəliklər 
zamanı zəli ilə müalicə əks göstəriş sayılır:bəzi qan (hemofiliya, ağır anemiyalar və s. ) xəstəlikləri, 
allergik və onkoloji xəstəliklər, eyni vaxtda antikoaqulyantlarla aparılan müalicə və s. Hipotoniyadan (qan 
təzyigin daim normadan aşağı olması) əziyyət çəkən insanlar üçün da bu müalicə üsulu uyğun gəlmir.
Hirudoterapiya seansını lazım olan səviyyədə yalnız bu iĢdə təcrübəsi olan həkim və ya tibb 
bacısı keçirə bilər.  
Seans zamanı xüsusi fermalarda yetişdirilən tibbi zəlilərdən istifadə olunur. Bu zəlilər tam sterildir. 
Zəli yalnız 1 dəfə istifadə olunur. »İstifadə olunmuş»zəli seansdan dərhal sonra öldürülür. Seans zamanı 
həkim zəlini xüsusi şüşə borucuğuna yerləşdirir və insan bədəninin müxtəlif yerlərinə (xəstəlikdən 
asılıdır) qoyulur. Seansın əvvəlində insan yüngül yandırma hiss edə bilər. 1 seans zamanı 1-dən 15-ə 
qədər zəli istifadə oluna bilər. Yapışdıqdan sonra zəli qan sovrumağa başlayır. Bəzi məlumatı olmayan 
insanlardan eşidmək olur ki, zəli ilə müalicə anemiyaya (qanazlığı) səbəb ola bilər. Bu mümkün deyil. 
Zəli yalnız bir neçə ml qan (təxminən 10-15 ml ) sovura bilər. Doyunca sovurduqdan sonra zəli dəridən 
qopur. Bu baş vermədikdə həkim zəlini spirt və ya yod məhlulunda isladılmış tamponla götürür.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin