Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə68/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   165
Tibb bacısının işi

 
Kompreslər 
 
Kompress:çoxsaylı müalicǝvi sarğıdır. Yayındırıcı müalicə növlərindən biri olub dəridə və altdakı 
toxumalarda iltihabi prosesin sorulması üçün qoyulur. Yerli vǝ ümumi, quru vǝ yaş kompreslər ayırd 
edilir. Yaş kompreslǝrin özləri də bir neçə yerə bölünür:soyuq, isti, qızdırıcı və müalicəvi.
Soyuq kompress:Dǝrinin soyumasını vǝ damarların sıxılmasını yaradır. Yumşaq toxumaların, 
bağların və oynaqların travmatik zǝdǝlǝnmǝləri (əzilmə, gərilmə, sıxılma və s. ) zamanı (ilk 3 gün 
ərzində), burun qanaxması, yerli kəskin iltihabi proseslərdə tǝtbiq edilir. Bu prosedura aşağıdakı kimi 
hǝyata keçirilir:bir neçǝ dǝfǝ qatlanmış tǝnzif soyuq suda isladılır, sıxılır vǝ lazım olan nahiyǝyǝ qoyulur. 
2-3 dǝqiqǝdǝn sonra kompress tǝzǝlǝnir. Proseduraların ümumi müddǝti 5-6 dǝqiqǝdir. İsti kompress:Yerli 
qan dövranını güclǝndirǝrǝk sorucu vǝ ağrıkǝsici tǝsir göstǝrir. Bir neçǝ dǝfǝ qatlanmış tǝnzif isti suda 
isladılır, sıxılır vǝ lazım olan nahiyǝyǝ qoyulur. Tǝnzif müşǝmbǝ, o isǝ pambıq ilǝ örtülür, bunlar isǝ bint 
ilǝ möhkǝmlǝndirilir, 10 dǝqiqǝdǝn sonra kompress dǝyişdirilir.
Qızdırıcı kompress:Damarların uzun müddǝtli genǝlmǝsini tǝmin edir. Dərini qıcıqlandırır, qan 
damarlarını genəldir, nəticədə iltihabi prosesin sorulmasına kömək edir, ağrı azalır. Göstǝriş:mastitlər, 
plevritlər, oynaqların iltihabi proseslǝri, faringitlər, postinyeksion infiltratlar, əzilmə və gərilmələr 
(zǝdǝlǝnmǝdən 3 gün sonra) . Əks göstǝriş:dǝrinin tamlığının pozulması, qızdırma, dǝridǝ irinli sǝpgilǝr. 
Qızdırıcı kompres isti kompress kimi qoyulur, lakin uzun müddǝtǝ (8-10 saata) . Kompres 3 qatdan 
ibarətdir: 
1. Kompresin özü-8-10 qat tənzifi otaq temperaturlu suda isladıb yaxşı sıxır və dərinin üstünə qoyurlar; 
2. Su keçirməyən təcridedici qat-tənzif qatının üstündən onu tam örtən kompres kağız qoyulur; 
3. İstilik keçirməyən qat-kompres kağızının üzərini pambıq qatı ilə örtür (pambıq altdakı hər iki qatı 
örtməlidir) və nəhayət, bintlə möhkəm bağlanır və üstündən isti yun şal bağlanır.
Bədəndə 12 saatdan çox saxlamaq olmaz. Səhəraxşam dəyişilməlidir. Kompres üçün ilıq su, zəif 
sirkə, araq, odekalon işlətmək olar. Kompres böyük nahiyəyə qoyulursa, xəstə uzanmalıdır. Araqla 
qoyulan kompresi uzun müddət saxlamaq olmaz.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin