Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə78/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   165
Tibb bacısının işi

Ağır xəstələrin yedizdirilməsi-yeməkdən əvvəl bütün müalicə proseduraları və fizioloji işlər 
qurtarır. Xəstə çarpayıda otura bilmirsə, funksional çarpayının baş hissəsi qaldırılaraq və ya xəstənin başı 
altına bir neçə yastıq qoyularaq xəstəyə yarımoturaq vəziyyət verilir, sonra yedizdirilir. Çoxt vaxt belə 
xəstələr üçün çarpayıüstü kiçik stol qoyulur. Xəstənin boynu və döşünü kiçik önlüklə örtürlər. Xörək 
yeyən zaman xəstə danışmamalıdır (qida kütlələri tənəffüs yollarına düşə bilər) . İştahası olmayan 
xəstələrin yedizdirilməsi tibb işçilərindən təmkin və bacarıq tələb edir.
Süni qidalanma-zondla, fistul və ya imalə ilə, həmçinin parenteral yolla ola bilər. 
GöstəriĢlər:1. dilin, udlağın, qırtlağın, yemək borusunun travmatik zədələnmələri və ödemləri; 2. 
bihuş vəziyyət; 3. ruhi xəstələrdə yeməkdən imtina etmə; 4. ağır operasiyaslardan sonrakı dövr; 5. mədə-
bağırsaq traktının yuxarı şöbəsinin (yemək borusunun, udlağın və s. ) şişləri; 6. ağır xəstəliklər (sepsiz, 
peritonit və s. ) . 
Süni qidalanmanın növləri: 
1. mədə zondu ilə yedizdirmə; 
2. operasiya ilə açılan fistuldan; 
3. rektal; 
4. parenteral.
Mədə zondu ilə qidalanma-steril zond mədəyə yeridilir, açıq tərəfə qıf taxılır və buradan duru 
qidalar mədəyə tökülür. Zondu 2-3 həftə saxlamaq olar. Zond burundan və ya ağızdan yeridilir. Plastrla 
üzün dərisinə fiksə olunur.
Fistuldan qidalandırma-qida borusunun keçməməzliyi, mədə çıxacağının stenozu olan xəstələrdə 
cərrahi yolla mədə fistulası yaradılır (qastrostoma) və zond həmin fistuladan mədəyə yeridilir. Zonda 
taxılmış qıfın köməyi ilə qida kiçik paylarla (50 ml) mədəyə gün ərzində 6-8 dəfə yeridilir.
Rektal qidalanma-1 saat əvvəl təmizləyici imalə edilir. 5%-li qlükoza və 0,85%-li duz məhlulu 
yaxşı sorulduğuna görə əsasən qidalandırıcı kimi bu məhlullardan istifadə olunur. Məhlula bağırsağın 
peristaltikasını azaltmaq üçün 10 damcı opium tinkturası əlavə olunur. Sutkada 3-4 dəfə təkrar etmək olar. 
Hər dəfə 200-250 ml yeridilir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin