Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
65
MÖVZU 31
TERMOMETRĠYA, TERMOMETR, ONUN QURULUġU.
QIZDIRMANIN DÖVRLƏRĠ, HƏR BĠR DÖVRDƏ
XƏSTƏYƏ QULLUĞUN XÜSUSĠYYƏTLƏRĠ
Sağlam adamın
bədən temperaturu sabit olub, axşam-səhər dərəcənin 0,1-i qədər fərq ola bilər.
Adətən səhər bir qədər aşağı, axşam isə yuxarı olur. Bədən temperaturu 37-dərəcədən yuxarı olmamalıdır
və səhər-axşam fərqi 0,3-1,0
0
C arası olmalıdır. Uşaqlarda bir qədər yuxarı, yaşlılarda aşağı olur. Həmçinin
bədənin müxtəlif hissələrinin temperaturu müxtəlif olur.
Bədən temperaturunu ölçmək tibb bacısının əsas vəzifələrindən biridir. Temperaturun ölçülməsi tibb
termometri ilə həyata keçirilir. O, şüşə kapilyar borucuq olub, ucunda civə ilə dolu rezervuar var. Borucuq
34,0-42,0
0
C-yə qədər şkalaya bölünmüşdür. Tibb termometri dibində pambıq olan, içərisinə 0,5%-li
xloramin məhlulu tökülmüş bankada saxlanılır. Hər xəstənin hərarəti
ölçüldükdən sonra termometr
bankaya salınıb-çıxarılır, sonra silkələnərək civəsi aşağı salınır, qurulanır və növbəti xəstəyə verilir.
Temperatur
ən çox qoltuq çuxurunda, bəzən qasıq
çuxurunda, düz bağırsaqda və uşaqlıq
yolunda
ölçülür. Termometri xəstəyə verərkən diqqət etmək lazımdır ki, civəli rezervuar hər tərəfdən dəri büküşü
ilə
əhatə olunsun, dəri ilə termometr arasında paltar qalmasın. Yadda saxlamaq lazımdır ki, düz bağırsaq
və uşaqlıq yolunda temperatur təxminən bir dərəcə yüksəkdir.
Termometr 10 dəqiqə qalmalıdır. Çox zəif və ağır xəstələrin temperaturu rektal da ölçülür. Burada
temperatur 0,5-1,0
0
C yuxarı olacaqdır. Stasionarda xəstənin temperaturu gündə 2 dəfə səhər saat 6-8 arası
və gündüz 16-18 arası ölçülür. Temperaturun dəyişməyini daha dəqiq bilmək üçün 2-3
saatdan bir
ölçülməlidir. Nəticə ümumi temperatur vərəqinə yazılır. Burada temperatur əyrisi doldurulur. Temperatur
37 dərəçədən yuxarı olarsa, həkimə xəbər verilir.
Temperaturun 37, 0
0
C-dən yuxarı qalxmasına qızdırma deyilir. Qızdırmaya
səbəb bakteriya,
toksinlərin, zülalların parçalanması məhsulları, hormonların, zəhərlərin təsiri, habelə beynin zədələnməsi
və əzilməsi nəticəsində istilik mərkəzinin qıcıqlanması ilə əlaqədar baş verən reaksiyadır. Qızdırma
zamanı maddələr mübadiləsinin bütün növləri pozulur. Sidiklə xariç olan azotun miqdarı artır. Su-duz
tarazlığı pozulur. Hər 1 dərəçə temperaturun artmasında ürək döyünmə 10 vurğu artır, tənəffüs tezləşir.
Xəstə orqanizmin müqavimət qabiliyyətini göstərdiyinə görə əsas göstərici sayılan qızdırma
heç də
həmişə müsbət hal sayıla bilməz. Çünki temperaturun həddindən artıq qalxması və birdən birə düşməsi
orqanizmə zərər gətirə bilər.
Temperatur əyrilərini qızdırmanın qalxma dərəcəsinə görə-subfebril (38, 0
0
C-yə qədər), orta (38, 0-
39, 0
0
C), yüksək (39, 0-41,0), hiperpiretik (41,0-dən yuxarı) növlərinə bölmək olar.
Dostları ilə paylaş: