67 MÖVZU 32 QUSAN VƏ FĠZĠOLOJĠ ĠFRAZAT FUNKSĠYASI POZULMUġ XƏSTƏLƏRƏ QULLUQ. LƏYƏN, MÜġƏMBƏ VƏ S. ĠġLƏDĠLMƏSĠ. QAZÇIXARICI BORU Qusma-mürəkkəb, qeyri-iradi akt olub, mədənin, diafraqmanın, ön qarın divarı əzələlərinin,
həmçinin, qırtlaq qapağı və yumşaq damağın iştirakı ilə baş verir, bu zaman mədə möhtəviyyatı mədədən
ağız vasitəsilə xaricə tullanır. Qusma mədə-bağırsaq xəstəlikləri, zəhərlənmə, dilin kökünün və udlağın
qıcıqlanması nəticəsində ola bilər. Həmçinin kəllədaxili təzyiq qalxdıqda, beyin şişləri, hipertoniya
xəstəliyi və s. -də beyindəki qusma mərkəzinin qıcıqlanması nəticəsində də ola bilər. Şiddətli qusma
zamanı mədə möhtəviyyatı ilə yanaşı 12barmaq bağırsaq möhtəviyyatı da xaric ola bilər.
Xəstəni qəsdən qusdurmaq lazım gəldikdə onun dilinin kökü qıcıqlandırılır və ya dil altına 0,5 ml
1%-li apomorfin məhlulu vurulur. Tibb bacısnın vəzifəsi xəstəyə kömək etmək, onu otuzdurmaq, döşünə
dəsmal və ya müşəmbə salmaq, qabağına ləyən qoymaq, süni dişlər varsa çıxarmaqdır. Xəstə otura
bilmirsə, onun başını çarpayının kənarına doğru yana çevirməklazımdır ki, qusuntu kütləsi nəfəs borusuna
düşüb onu boğmasın. Qusan xəstəni bu səbəbdən tək qoymaq olmaz. Xəstənin qusması zamanı həkimə
xəbər verilməli, qusuntunun xarakterinə-tərkibi, rəngi və qoxusuna fikir verilməlidir. Qusuntu kütləsinda
qan görünərsə, dərhal xəstəni uzatmaq, mədə nahiyəsinə buz qoymaq və həkim çağırmaq lazımdır. Daxilə
heç nə vermək olmaz!
Qusmanı dayandırmaq və ya azaltmaq üçün xəstəyə 1-2 damcı nanə cövhəri, 1-2 qurtum soyuq su,
0,5%-li novokain məhlulu içirdilir və ya d/a 1ml serukal inyeksiya edilir. Qusandan sonar xəstənin ağzını
ilıq su ilə yaxalamaq və ya zəif bor turşusu, kalium-permanqanat və ya NaHCO
3
məhlulunda isladılmış
tamponla silmək lazımdır.
Bağırsaqların funksional pozğunluğu qəbizlik, ishal, qeyri-iradi defekasiya və bağırsaqlara çoxlu
qaz yığılması şəklində təzahür edir. Defekasiya-həzm olunmamış qida maddələrinin bağırsağın distal
hissəsindən xaric olmasıdır, normada sutkada 1 dəfə olur.
Qəbizlik-nəcisin bağırsaqda 2 sutkadan artıq qalmasına qəbizlik deyilir. 2 cür qəbizlik ayırd
edilir:spastik və atonik. Atonik qəbizlik zamanı bağırsağın motor funksiyası kəskin şəkildə zəifləyir.
Spastik qəbizlik isə əksinə, bağırsaqların spazmı nəticəsində baş verir. Tibb bacısı qəbizlik zamanı
xəstənin verilmış pəhrizə riayət etməsini izləməli, həkimin verdiyi təyinatı yerinə yetirməlidir (işlətmə
dərmanları, imalələr, şamlar və s. ) .
Ġshal-bağırsaq peristaltikası gücləndikdə, sekretor funksiya artdıqda baş verir. Bağırsağın selikli
qişasının iltihabında, mədə turşusu azaldıqda, sinir sisteminin oyanıqlığında, qida maddələri və su pis
sorulduqda baş verir. Nəcisdə qan və selik görünməsi xəstədə yoluxucu xəstəlik olmasına dəlalət edir.
Belə hallarda xəstənin nəcis ifraz etməsi üçün ləyən ayrılır. İnfeksiya olduqda ləyənlər xlor və ya xlorlu
əhəng məhlulu ilə dezinfeksiya olunur. Bu cür xəstələri infeksion şöbəyə keçirir və şöbədə cari
dezinfeksiya aparılır. Qeyri-infeksion ishalda xəstənin pəhrizinə fikir verirlər.