Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
68
dərini qıcıqlandırmasın deyə gigiyena qaydalarına riayət olunması çox vacibdir.
Xəstələr tez-tez
yuyundurulur, qurulanır, aralıq nahiyəsinə və sağrılarına vazelın çəkilir.
Qazburaxma-bağrsaqlarda toplanmış qaz 3-5 mm qalınlığında və 30-50 sm uzunluğunda rezin boru
ilə buraxılır. Boruya vazelin sürtülür. 20-30 sm dərinlikdə düz bağırsağa yeridilir. Borunun sərbəst ucu
içində su olan ləyənin içinə salınır. Bağırsaqda borunu 2-3 saat saxlamaq olar.
Bundan sonra onu
çıxarmaq, ehtiyac olarsa bir neçə saat sonra yenidən salmaq olar. Sutka ərzində bir neçə dəfə etmək olar.
Borunun bağırsaqda fasiləsiz uzun müddət qalması bağırsaqların selikli qişasını zədələyə bilər.