Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə86/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   165
Tibb bacısının işi

Sifon imaləsi-bağırsaq keçməməzliyində, zəhərləndikdə istifadə olunur. Bunun üçün 75 sm 
uzunluğunda diametri 1,5 sm olan və bayırda qalan ucuna 0,5 l maye tutan qıf taxılmış steril boru, dolça, 
10-12 l su və ya dezinfeksiyaedici maye və boş vedrə olmalıdır. Xəstə təmizləyici imalə aparılan 
vəziyyətdə uzadılır, zondun ucuna vazelin sürtülür. Xəstənin sağrıları aralanaraq zondun ucu 20-40 sm 
dərinliyə düz bağırsağa yeridilir. Zondun xaricdə qalan hissəsini qıfa birləşdirir və qıfı tədricən su ilə 
doldurub borunun içərisindən havanı çıxarır və sıxacla sıxırlar, xəstədən 1 m yuxarı səviyyədə saxlayırlar. 
Qıf xəstədən 1 m yuxarı qaldırılır və sıxacı açırlar. Su burulğan hərəkətlə bağırsağa daxil olur, qıfın 
boğazı səviyyəsinə enəndə qıfı aşağı endirir və yana doğru əyirlər. Bu zaman su bağırsaqdan burulğan 
hərəkətlə geriyə-qıfa dolmağa başlayır. Belə əməliyyat zamanı su ilə birlikdə bağırsaqdan hava 
qabarcıqları da çıxır. Qıf su və nəcis kütlələri ilə dolan kimi onu boş vedrəyə boşaldırlar. Bu əməliyyatı 
bağırsaqdan təmiz su gələnədək təkrar edirlər. Sonra zond şıxarılır, yuyulur və dezinfeksiyaedici məhlulda 
saxlanılır. Qıf isə ayrıca yuyularaq qaynadılır.
Hipertonik imalə-peristaltikanı birdən artırmadan bağırsaqları yumşaldır. Bu imalə üçün 5-10%-li 
NaCL və ya 20-30%-li MgSO
4
-dan istifadə olunur. Düz bağırsağa 100-200 ml ilıq məhlul yeridilir. Yoğun 
bağırsaqda yara olarsa, bu imalə əks göstərişdir.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 71 
Yağ imaləsi-bu imaləni apardıqda xəstədə defekasiya 10-12 saatdan sonra baş verir. Ona görə belə 
imalələrin axşamlar aparılması daha məqsədəuyğundur. Yağ imaləsi inadlı qəbzlikdə qoyulur. 
Armudşəkilli balona 100-200 ml ilıq (37-380 S) yağ (günəbaxan, zeytun, vazelin yağlarından biri) çəkilir. 
Xəstə sol böyrü üstə ayaqlarını büküb, qarnına sıxaraq uzadılır və qazçıxaran borunun ucuna vazelin 
sürtülür. Sağrı nahiyəsini aralayaraq qazçıxaran borunu 15-20 sm uzunluğunda olmaqla düz bağırsağa 
yeridirlər. İçərisində yağ olan balon qazçıxaran boruya birləşdirilir və yağ düz bağırsağa yeridilir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin