Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
75
Xəstənin hazırlanması:
1) xəstənin bədəninin yod preparatlarına həssaslığını təyin etmək üçün qabaqcadan sınaq qoyulur (xəstəyə
2-3 gün hər dəfədə 1 xörək qaşığı 3%-li kalium-yodid məhlulu verirlər) ;
2) aparılacaq müayinənin məqsədini və mahiyyətini xəstəyə izah edirlər;
3) Bronxlardan irinli bəlğəm gəldikdə 3-4 gün əvvəl bronx ağacını təmizləyirlər (xəstəni çarpayıda
münasib vəziyyətdə uzadıb, bronxları drenaj edib,
quru yeməklər, bəlğəmgətirici və bronxgenəldici
dərmanlar verir, bronxları antibiotiklərlə inhalyasiya edirlər) :
4) bronxoqrafiyadan 30-60 dəqiqə əvvəl xəstəyə fenobarbital (0,1 q), dərialtına atropin-sulfat (0,1%-l ml)
təyin edir, daxilə pipolfen (0,025), seduksen (0,005 q) verirlər.
Diaqnostikanın vəzifəsindən və konkret hadisənin xüsusiyyətlərindən asılı olaraq narkoz və ya yerli
anesteziya aparırlar. Yerli anesteziyanı 2%-li dikain, 3-5%-li novokain məhlulları ilə aparırlar. Bu
məhlulları
başqa dərmanla, məsələn, adeqonla qarışdırıb vurmaq tövsiyə edilir, o bəlğəmi yumşaldır,
keyləşdirici dərmanın selikli qişaya daha yaxşı yeriməsinə kömək edir. Anesteziyanı dərmanı sürtmək,
tozunu səpmək və aspirasiya üsulu ilə aparmaq olar.
Sürtmə üsulu demək olar ki, tətbiq olunmur.
Dərmanın tozunu silməklə aparılan anesteziya üçün pulverizator prinsipi ilə işləyən xüsusi cihaz-
tozlandırıcı olmalıdır. Fizioloji cəhətdən daha münasib və sadə üsul aspirasiya üsuludur, bu vaxt xəstəni
dərindən nəfəs aldırıb dərmanı
pipetka ilə burnuna tökür, yaxud dilin dibinə yavaş-yavaş damızdırırlar,
sonra isə traxeya və bronxları keyitmək üçün xəstəyə zondla nəfəs aldırırlar.
Kontrast maddəni bronx ağacına qırtlağın içərisindən, qırtlaq qapağından və ya altından kateterlə
yeridirlər. Kateteri burundan və ya ağızdan salıb qırtlaqdan keçirilən bronrxoqrafiya daha çox yayılmışdır.
Bronxlara dərman doldurmaq üçün yarımelastiki
rezin zondlar işlədilir, bunların ucları müxtəlif bucaq
altında əyilmişdir. Həmçinin iplərlə idarə olunan kateterlər də vardır, bunları ehtiyac olduqda rentgenlə
baxıb lazımi şəkildə əymək mümkündür. Kateterləri qaynadıb sterilizə edir və xüsusi sterilizatorlarda
saxlayırlar.
Dostları ilə paylaş: