Bronxoqrafiya zamanı baĢ verən ağırlaĢmalaranesteziya, kontrast maddənin yeridilməsinə
orqanizmin reaksiyası və bunun ağciyərlərdə qalması ilə əlaqədar ola bilər. Bronxoqrafiyadan sonra
temperatur qalxa bilər. Belə xəstələri yatağa uzadır, bol içirdir, sakitləşdirici və yuxu dərmanları verirlər.
Onlara yaxşı qulluq etmək lazımdır.
Bronxoskopiya. Traxeya və bronxların içərisini bronxoskop adlanan xüsusi cihazla əyani müayinə
etmək metodu.
Diaqnostika məqsədilə bronxoskopiyanı traxeya və ya bronxların şişlərini, bronxların və ağ
ciyərlərin irinliocaqlarınıdəqiqləşdirmək, traxeya və bronxlardakı yad cisimləri tapmaq, xüsusilə tənəffüs
yollarının rentgenoneqativ (qeyri kontrast) və başqa xəstəliklərində tətbiq edirlər.
Müalicə məqsədilə bronxoskopiyadan traxeya və bronxlardan yad cisimləri, bronx sekretini
çıxarmaq və dərmanları bilavasitə iltihab yerinə yeritmək üçün istifadə edirlər.
Bronxoskop-işıq və optik sistemləri olan, ucları deşik metal borucuqlardan ibarətdir. Həmçinin
alətlər dəstində keyləşdirici dərmanın tozunu səpən cihazlar, dərmanları bronxlara yeritmək, bronxdan
mayeləri sormaq üçün borucuqlar, yad cisimləri çıxarmaq və biopsiya üçün maşalar, ucluqlar,
pambıqtutanlar və s. də olur. Müayinə başlanmamışdan əvvəl tibb bacısı işıq sistemini yoxlayır, baxış
borularını, qarmaqları, maşaları və pambıqtutanları sterilizə edir. Lampanı və dəstəyi spirtlə yaxşı silir.
Cərrahiyyə stoluna steril materialı:pambıq tamponları, qarmaqları, maşaları və lazımi olan bütün
dərmanları düzür.
Proseduranı yerli keyitmə ilə, yaxud narkoz altında aparırlar. Narkozu uzatmaq üçün atropin və ya
0,1%-li metasin məhlulu vururlar. Bronxoskopiyada yerli keyitmə almaq üçün dərmanı (dikain, kokain,
trimekain) sürtür, tozunu səpir, yaxud xəstəyə onunla nəfəs aldırırlar. Həmçinin 10%-li novokain
məhlulunu 5%-li heksametilentetramin (urotropin) məhlulu ilə qarışdırıb vururlar. Keyitməni 2-3 dəqiqə
ara verib 2-3 mərhələdə aparırlar. Əvvəlcə udlağın, sonra qırtlağın və səs tellərinin selikli qişasını
keyidirlər, nəhayət, keyləşdirici məhlulu qırtlaq şprisi ilə traxeyaya tökürlər.