Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə93/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 76 
Bronxoskopiyanı acqarına, yaxud yüngül səhər yeməyindən 2-3 saat sonra, sarğı və ya endoskopiya 
otağında aparırlar. Tibb bacısı əməliyyatda olduğu kimi, əllərini yuyur, alətləri verərək həkimə kömək 
edir. Kiçik tibb bacısı xəstəni lazımi vəziyyətdə tutur və onun ümumi halına fikir verir. Bronxoskopiyanı 
xəstənin oturmuş vəziyyətində ancaq yerli keyitmə ilə aparmaq olar. Xəstə bədənini azca qabağa əyib 
həkimin qabağında oturur. Qollarını qıçlarının arasına sallayır (belə etdikdə boyun və bazu əzələləri 
boşalır), başını azca dala aparır. Xəstəyə demək lazımdır ki, müayinə aparılan vaxt başı dik tutmaq, döşü 
qaldırmaq olmaz, çünki bu bronxoskopu salmağa mane olur. Tibb bacısı xəstənin yanında durub başını 
tutur, onun ümumi vəziyyətinə fikir verir. Bronxoskopiyanı xəstəni arxası üstə uzadıb apardıqda çiyninin 
altına 60x40x5 sm ölçüdə bərk yastıq qoymaq lazımdır. Xəstənin başını və boynunu xüsusi alətlə, yaxud 
10-12 sm qalınlığında mütəkkə qoyub azca qaldırırlar ki, boyun düzəlsin.
Proseduradan sonra aparatı sökür, borucuqları, pambıqtutanları və işlənmiş başqa alətləri yuyub 
silirlər.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 77 
MÖVZU 37 
 
TƏNƏFFÜS SĠSTEMĠ ÜZVLƏRĠNĠN PATOLOGĠYASI ZAMANI XƏSTƏLƏRĠ 
MÜġAHĠDƏ VƏ QULLUQ 
 
Tǝnǝffüs sisteminin ǝsas funksiyası orqanizmi oksigenlǝ tǝmin etmǝkdir. Tǝnǝffüsü müşahidǝ edǝn 
zaman onun tezliyini, dǝrinliyini vǝ ritmini müǝyyǝn edirlǝr. Normada tǝnǝffüs hǝrǝkǝtlǝri ritmiki olub, 
sakit halda kişilǝrdǝ dǝqiqǝdǝ 16-20, qadınlarda isǝ 18-22-dir. Uzanan vǝziyyǝtdǝ tǝnǝffüsün sayı azalır. 
İdmançılarda tǝnǝffüsün tezliyi dǝqiqǝdǝ 6-8-ǝ qǝdǝr azala bilǝr. Döş tipli (qadınlarda), qarın tipli 
(kişilǝrdǝ) vǝ qarışıq tipli tǝnǝffüs olur. Tǝnǝffüsü müşahidǝ zamanı elǝ etmǝk lazımdır ki, xǝstǝlǝr bunu 
bilmǝsin, çünki o qǝsdǝn tǝnǝffüsün dǝrinliyini, tezliyini vǝ ritmini dǝyişǝ bilǝr.
Tǝnǝffüsün tezliyini yoxlayan zaman xǝstǝnin ǝlindǝn tuturuq, güya onun nǝbzini yoxlayırıq, o biri 
ǝlimiz isǝ ya döş qǝfǝsinǝ, ya da epiqastral nahiyǝyǝ qoyularaq, 1 dǝqiqǝdǝ tǝnǝffüsün tezliyi sayılır.
Tǝnǝffüs sisteminin xǝstǝliklǝri zamanı aşağıdakı patoloji simptomlar meydana çıxır:tǝngnǝfǝslik, 
öskürǝk, qanhayxırma, döş qǝfǝsindǝ ağrı vǝ bǝdǝn t-nun yüksǝlmǝsi.
Tǝngnǝfǝslik-bu hava çatmamazlığı hissi olub, tǝnǝffüsün çǝtinlǝşmǝsi kimi özünü göstǝrir. 
Tǝngnǝfǝslik fizioloji vǝ patoloji olur.
Patoloji tǝngnǝfǝslik-inspirator vǝ ekspirator olur. İnspirator tǝngnǝfǝslik üçün küylü çǝtinlǝşmiş 
nǝfǝsalma xarakterikdir ki, bu da yuxarı tǝnǝffüs yollarında mexaniki maneǝ (qırtlağın stenozu, iri 
bronxun şişlǝ sıxılması vǝ s. ) zamanı olur. Ekspirator tipli tǝngnǝfǝslik zamanı isǝ nǝfǝsvermǝ çǝtinlǝşir 
(mǝs:bronxial astma) . Ritmin vǝ tǝnǝffüsün dǝrinliyinin patoloji pozğunluqlarına baş beynin vǝ onun 
qişalarının xǝstǝliklǝri (beynǝ qansızma, beynin şişlǝri, meningit), habelǝ ağır intoksikasiyalar zamanı 
(uremik, diabetik koma) rast gǝlinir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin