Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Ozondan hansı xəstəliklərin müalicəsində istifadə edilir?



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə101/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   165
Tibb bacısının işi

Ozondan hansı xəstəliklərin müalicəsində istifadə edilir? 
1. Mədə-bağırsaq-traktı xəstəlikləri (qastrit, xolesistit, xora xəstəliyi) ; 
2. Virus hepatiti; Herpes infeksiyası; Şəkərli diabetin fəsadları; 
3. Qann dövranı pozğunluqları; 
4. Yanıqlar, trofik xoralar; 
5. Xroniki infeksiyaların müalicəsində tətbiq edilir. 
Ozon antibiotikləri əvəz edir, kosmetologiyada, stomatologiyada stomatit, gingivit, parodontozun 
müalicəsində müvəffəqiyyətlə işlədilir.
Digər müalicə növləri ilə yanaşı aparılan ozonoterapiya müalicənin effektini artırır. Yüksək 
konsentrasiyada dezinfeksiya üçün, orta konsentrasiyada ağrını və iltihabı götürmək, kiçik dozada yaranı 
sağaltmaq üçün işlədilir.
Ozonoterapiya orqanizmə kompleks təsir göstərir:sərbəst radikallar əmələ gəlməsini neytrallaşdırır, 
toxumaların oksigenlə təminatını yaxşılaşdırır.
Dəri xəstəliklərindən psoriaz, müxtəlif dermatozlar, dəmrov, göbələk xəstəlikləri, herpes, keçəllik 
zamanı, sellülit, dərinin cavanlaşdırılması üçün keçirilən tədbirlər kompleksinə daxil edilir. Nəticədə 
dərinin həm xarici görünüşü yaxşılaşır, həm də orqanizm təmizlənir. Bu zaman elastik və kollagen liflər 
əmələ gəlir və dərinin nəmi özündə saxlaması nəticəsində qırışlar açılır, dəri elastik olur. Daxildən təsir 
edən ümumi təmizlənmə təmin edilir. Dəriyə tonuslandırıcı effekt verir.
Ozonla müalicəyə əks göstəriĢ varmı? 
Hər bir müalicə növü kimi, ozonoterapiyanın da tətbiqinə əks göstərişlər var. Qan laxtalanmasının 
artması, qalxanvari vəzinin xəstəlikləri, ozondan zəhərlənmə və ona qarşı allergiya olduqda bu müalicə 
qadağandır.
Ozonoterapiya həkim göstərişinə əsasən xüsusi kurs keçmiş tibb işçisi tərəfindən, xüsusi avadanlıqla 
təchiz olunmuş tibb kabinetində aşağıdakı üsullarla aparılır.
Böyük ozonoautohemoterapiya: Xəstənin venasından 100-250 ml qan alınaraq ozonlaşdırıldıqdan 
sonra təkrar venaya qaytarılması üsuludur.  

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin