Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə102/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   98   99   100   101   102   103   104   105   ...   165
Tibb bacısının işi

Kiçik ozonoautohemoterapiya: Xəstənin venasından 3-5 ml qan alınaraq ozonlaşdırılıb əzələyə 
vurulması üsuludur.
Rektal ozonoterapiya: Xüsusi paket vasitəsilə xəstənin düz bağırsağına yaşına və vəziyyətinə görə 
50-300ml ozonun verilməsidir. Ozon 1-2 saniyəyə bağırsaq divarindan qana sorulduğu üçün xəstə heç bir 
narahatçılıq hiss etmir. Bu üsul 1-2 dəq davam edir, qanın ozonlaşdırılması qədər təsirli və effektlidir. 


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 84 
Rektal ozonoterapiya mədə-bağırsağın iltihabi xəstəlikləri, bağırsaq infeksiyalarında, qurd 
invaziyalarında, disbakterioz kimi xəstəliklərin müalicəsində geniş tətbiq olunur.
Yerli ozonoterapiya: Xəstənin əl-ayağı corab, əlcək formasında xüsusi paket torbanın içərisinə 
keçirilərək ağzı bağlanılır və torbanın içərisinə ozon verilir. Təxminən 20 dəq çəkən bir prosesin sonunda 
ozon geri alınır və paket çıxarılır. Hər hansı bir yara və zədələnmiş toxumanın yaxşılaşması üçün 
oksigenin olması vacib şərtdir. Yerli tətbiq olunan ozonoterapiya sayəsində yara nahiyəsi dezinfeksiya 
edilir, yerli olaraq toxumalar oksigen ilə təmin olunur və mikrosirkulyasiya bərpa edilir. Bununlada ozon 
yaranın tez sağalmasını təmin edir.
Ozonoterapiya məqsədi ilə Almaniya istehsalı olan Henslerin “Ozonasan»apparatı, vakkum 
flakonlar, ozona davamlı filtrlər və şprislərdən istifadə olunur.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 85 
MÖVZU 40 
QAN DÖVRANI SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠNĠN ƏSAS SĠMPTOMLARI 
 
Qan dövranının xəstəlikləri daxili xəstəliklər arasında aparıcı yerlərdən birini tutur. Əmələ gəlmə 
səbəbləri müxtəlifdir. Ürəyin müxtəlif hissələri, həmçinin damarlar da zədələnirlər:miokard, ürəyin tac 
damarları, aorta. Ürəyin bir çox xəstəlikləri qan dövranı çatmamazlığına gətirib çıxarır. Qan dövranının 
xəstəlikləri müxtəlif cins və yaşlarda rast gəlinir. Qan dövranının xəstəlikləri zamanı xəstələr müxtəlif 
şikayətlər edirlər. Lakin bəzi xəstəliklərin ilk dövründə bəzən heç bir şikayət olmur və xəstəlik təsadüfən 
aşkar edilir. Əsas simptomlar aşağıdakılardır:taxikardiya, aritmiya, ürəkdə ağrılar, təngnəfəslik, boğulma, 
ödemlər, göyərmə (sianoz) və s. Taxikardiya. Məlumdur ki, sağlam adam sakitlikdə öz ürəyinin 
döyünməsini hiss etmir. Lakin bununla yanaşı sağlam adam belə fiziki işdən, güclü həyəcanlanmadan 
sonra və yüksək temperatur zamanı ürəkdöyünməni hiss edə bilər. Ürək xəstəlikləri zamanı taxikardiyanın 
əmələ gəlməsinə səbəb aşağıdakılardır:ürəyin yığılma qabiliyyəti zəifləyir və o bir yığılma zamanı aortaya 
lazım olduğundan az qan vurur. Orqan və toxumaların qanla təchizatı azalır. Taxikardiya çox zaman 
kompensator mexanizm rolunu oynayır. Lakin, ürəyin bu rejimlə işləməsi onun özü üçün yaxşı deyildir, 
çünki taxikardiya zamanı diastola fazası qısalır, onun ürək əzələsində iş qabiliyyətini bərpa edən faydalı 
biokimyəvi proseslər gedir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin