Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə105/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   165
Tibb bacısının işi

ilk tibbi yardımı göstǝrmǝlidir: 
-Xǝstǝni uzandırmalı, ona tam fiziki vǝ mǝnǝvi sakitlik yaratmalı; 
-Dil altına nitroqliserin vǝ ya validol qoymalı; 
-Ürǝk nahiyǝsinǝ xardal qoymaq. 
Baş ağrıları çox zaman hipertonik krizin ilk ǝlamǝtlǝrindǝn biri olur. Ağrılar ǝn çox ǝnsǝ 
nahiyǝsindǝ olub ǝzici, pulsasiyaedici xarakter daşıyır. Hipertonik kriz zamanı aşağıdakı ǝlamǝtlǝr 
meydana çıxır:baş ağrısı, qulaqlarda küy, ürǝkbulanma, bǝzǝn qusma. 
Tibb bacısı hǝkimǝ qǝdǝrki ilk yardımı göstǝrmǝyi bacarmalıdır: 
-Hǝkim çağırmalı; 
-Arterial tǝzyiqi ölçmǝli; 
-Xǝstǝni çarpayıya uzatmalı (baş hündürdǝ olmalıdır), tam fiziki vǝ mǝnǝvi sakitlik yaratmalı; 
-Tǝmiz hava gǝlmǝsini tǝmin etmǝli; 
-Ənsǝyǝ vǝ baldıra xardal qoymalı; 
-İsti ayaq vǝ ǝl vannaları etmǝli; 
-Lazım olan dǝrman preparatlarını hazırlamalı (dibazol, papaverin, maqnezium sulfat vǝ s) .
Boğulma. Kǝskin ürǝk çatmamazlığının ǝn qorxulu simptomudur. Boğulma tutması qǝflǝtǝn 
başlayır:tǝnǝffüs tezlǝşmiş, küylü olur, bǝzǝn köpüklü, çǝhrayı rǝngli bǝlğǝm ifraz olunur. 
Xǝstǝlǝr mǝcburi yarımoturaq vǝziyyǝti alırlar.
-Hǝkimi çağırmalı; 
-Arterial tǝzyiqi ölçmǝli; 
-Xǝstǝyǝ yarımoturaq vǝziyyǝt vermǝli; 
-Əgǝr sistolik tǝzyiq 100 mm. c. s. -dan aşağı deyildirsǝ, ona nitroqliserin vermǝli; 
-5-10 dǝqiqǝdǝn sonra xǝstǝnin üç ǝtrafına rezin jqut qoyulur (bu dövr edǝn qanın hǝcmini azaldaraq, sol 
mǝdǝciyin işini yüngüllǝşdirir) . Ayaqlara jqut tǝxminǝn qasıq büküşündǝn 15 sm aşağı, III jqut isǝ qola 
qoyulur. Qola jqut ǝvǝzinǝ tonometrin manjetindǝn istifadǝ etmǝk olar. 15-20 dǝqiqǝdǝn sonra jqutların 
biri çıxardılıb azad qalmış ǝtrafa qoyulur. Jqutla ancaq venalar sıxılmalıdır.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin