Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə106/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   102   103   104   105   106   107   108   109   ...   165
Tibb bacısının işi

 87 
MÖVZU 41 
 
ÜRƏK-QAN DAMAR SĠSTEMĠ XƏSTƏLĠYĠ OLAN XƏSTƏLƏRĠ MÜAYĠNƏ 
METODLARI. LABORATOR VƏ ĠNSTRUMENTAL DĠAQNOSTĠKA 
 
Kardiologiya-ürək qan-damar sistemi xəstəliklərinin səbəbləri, profilaktikası, diaqnoctikası və 
müalicəsi ilə məşğul olan klinik təbabət sahəsidir. İnkişaf etmiş ölkələrin əhalisinin əlillik və erkən ölüm 
səbəbləri arasında ürək-damar xəstəlikləri ön sırada durur, ölüm hallarının strukturunda isə bu 
xəstəliklərin payına 60% düşür. Ürək-damar sistemi xəstəliklərinin diaqnozu anamnez, xəstənin həkim 
tərəfindən müayinə olunması və laborator-instrumental müayinə üsullarının köməyi ilə qoyulur.
Müasir qeyri-invaziv (toxuma bütövlüyü pozulmadan və hər hansı bir infeksiyaya yoluxma riski 
olmadan ) üsullar, eləcə də rentgenoloji və radioizotop müayinə üsulları, maqnit-rezonans tomoqrafiyası, 
exokardioqrafiya və ənənəvi elektrokardioqrafiya çox informativdir. Bununla belə, bəzən xüsusi 
göstərişlər olarsa invaziv manipulyasiyalar damarların və ürək boşluqlarının kateterizasiyası, 
angiokardioqrafiya yerinə yetirilir. Müalicə diaqnoz qoyulmasından dərhal sonra başlanır. Müalicəyə 
klinik situasiyadan asılı olaraq iş, istirahət və qida rejimi barədə məsləhətlər, konservativ və əgər ehtiyac 
olarsa kardio-cərrahi tədbirlər daxil olur. 
EKQ. 
Ürək əzələsinin və keçirici sistemin funksiyasını araşdırmaq üçün ürəkdə əmələ gələn 
elektrik fəaliyyətinin yazılmasıdır. Bir axın yüksəldici tərəfindən yüksəldilən yığılmalar əsasən istiyə 
həssas kağız üzərinə yazılır. EQK ürək xəstəliklərinin aşkar olunmasında həkimin müayinə zamanı aşkar 
etdiyi nəticələrlə birlikdə dəyərləndirildiyində, digər təhlil və nəticələr ilə birlikdə nəzərə alınaraq xəstənin 
diaqnozunun düzgün qoyulmasında yardımçı ola bilər.
STRESS-TEST. 
Stress testi ürək damar sistemi xəstəliklərinin araşdırılması, müalicənin 
effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini isbat edilməsi 
və fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə 
üsuludur. Stress test istirahətdə EKQ də təsbit edilməyən, lakin fiziki gərginlik sırasında meydana çıxan 
anormallıqları təyin etmək üçün dəyərli bir müayinədir.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin