Ürəyin qeyri-ritmiki iĢləməsi (aritmiya) . Özünü donma, dayanma, qısa güclü təkanlar şəklində
biruzə verir. Bunlar tək-tək, uzun müddətli və daimi ola bilər. Ürəyin qeyri-ritmiki işləməsinə səyrici
aritmiya, ürəyin keçirici sisteminin pozğunluğu səbəb olur.
Ürəkdə ağrılar. Bu simptom ürəyin müxtəlif xəstəliklərində rast gəlinir. Ürəyin işemik
xəstəliklərində bu əlamət əsas rol oynayır. Bu ağrıların əmələ gəlməsinə səbəb ürək əzələsinin qanla
təchizatının pozulmasıdır. İşemik mənşəli ağrılar dəqiq xarakteristikaya malikdir:sıxıcı xarakter daşıyaraq
tutmaşəkillidir, qısamüddətlidir, fiziki gərginlikdən sonra meydana çıxır. Ağrı ən çox döş sümüyünün
arxasında lokalizə olunub sol qola, kürəyə, çiyinə irradiasiya edir, nitroqliserinin qəbulundan sonra keçir.
Bundan başqa ürək ağrılarına ürək qüsurları, miokarditlər, perikarditlər, arterial təzyiqin yüksəlməsi
zamanı rast gəlinir.
Təngnəfəslik Ürək xəstəlikləri zamanı çox rast gəlinən simptomlardandır. Təngnəfəsliyin əmələ
gəlməsinə səbəb ürəyin yığılma funksiyasının zəifləməsi nəticəsində kiçik qan dövranında baş verən
durğunluqdur. Təngnəfəslik ürək çatmamazlığının ilkin əlamətidir.
Ürək əzələsinin qəflətən zəifləməsi boğulma tutması şəklində təngnəfəslik əmələ gətirir ki, bu da
ürək astması adlanır. Əgər bu tutmanı aradan qaldırmaq mümükün olmazsa, ağ ciyər ödemi inkişaf edə
bilər. Boğulma tutmasına çəhrayı rəngli köpüklü bəlğəm ifrazı qoşulur. Bu tutmalar çox qorxuludur və
ölümlə nəticələnə bilər.
Ödemlər. Ürək çatmamazlığının xarakter əlamətidir. Sağ mədəciyin yığılma funksiyasının
pozuması böyük qan dövranında durğunluğa, o isə öz növbəsində ödemlərin əmələ gəlməsinə səbəb olur.
Ürək çatmamazlığında ödemlər aşağı ətraflarda əmələ gəlir. Daha sonra plevra və qarın boşluğuna maye
yığılır.
Sianoz. Dodaqların, burun ucunun, əl və ayaq barmaqlarının göyərməsidir. Ürək çatmamazlığının
əlaməti olub, ödemlərdən əvvəl meydana çıxır Ürǝk-damar sisteminin xǝstǝliklǝri çox geniş yayılmışdır.
Tibb bacısı xüsusǝn dǝ kardioloji şö'bǝdǝ işlǝyǝnlǝr arterial nǝbzi müayinǝ etmǝyi vǝ bǝ'zi tǝ' cili hallarda
ilk tibbi yardımı göstǝrmǝyi bacarmalıdır.
Arterial nǝbz Qanın arterial sistemǝ tullanması nǝticǝsindǝ arteriya divarının ritmiki titrǝmǝsidir.
Nǝbzi ǝsasǝn mil arteriyasında tǝyin edirlǝr. Bunun üçün tibb bacısı sağ ǝlinin barmaqları ilǝ xǝstǝnin
bilǝyini tutur. Əvvəl barmaqlar vasitǝsilǝ ilǝ pulsasiya edǝn arteriya mil sümüyünǝ sıxılır və nəbz sayılır.
Tibb bacısı nǝbzin aşağıdakı kimi xüsusiyyǝtlǝrini ayırd etmǝyi bacarmalıdır:ritmi, tezliyi, gǝrginliyi,
dolğunluğu. Nǝbzin ritmini nǝbz dalğaları arasındakı interval tǝyin edir. Nǝbzin tezliyini bir dǝqiqǝdǝ