Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
92
MÖVZU 43
KƏSKĠN DAMAR ÇATMAMAZLIĞI. TƏXĠRƏSALINMAZ YARDIM.
XƏSTƏLƏRĠ MÜġAHĠDƏ VƏ QULLUQ
Kəskin damar çatmamazlığına bayılma, kollaps aiddir.
Bayılma-beynin qan təchizatının qəflətən azalması nəticəsində huşun qısa müddətli itirilməsidir. Bu
hal ürək-damar sisteminin müxtəlif xəstəlikləri zamanı, xarici təsirlərdən, həyəcandan, ağrıdan, aclıqdan
və yoluxucu xəstəliklərdən baş verə bilər.
Bayılmanın gediĢində 3 mərhələ ayırd edilir:
-İlkin əlamətlər mərhələsi;
-Huşun itməsi mərhələsi;
-Bərpa mərhələsi.
İlkin əlamətlər mərhələsində xəstə narahat olur, ümumi zəiflik, baş agrıları, baş gicəllənmə, ürək
nahiyəsində xoşagəlməz hissiyyat müşahidə edilir. Xəstənin gözləri qaralır, qulaqlarda küy yaranır. Xəstə
yıxılaraq huşunu itirir. Dəri örtüklərinin solğunluğu, dərinin soyuq tərlə örtülməsi, ətrafların soyuması,
arterial
təzyiqin enməsi,
səthi tənəffüs, zəif dolğunluqlu tezləşmiş nəbz müşahidə edilir. Ağırlaşmamış
hallarda bayılma 20-40 san-dən çox çəkmir, bundan sonra huş tamamilə bərpa olunur, xəstə gözlərini açır,
mühitə reaksiya etməyə başlayır, bənizin normal rəngi tədricən bərpa olunur. Lakin zəiflik və baş agrısı
bir neçə saat davam edə bilər.
Yardim. Xəstəni horizontal vəziyyətdə uzandırmaq və ya çarpayının aşağı hissəsini qaldırmaq,
yaxasını açmaq, burnuna naşatır spirtində isladılmış pambıq iylətmək, üzünə su çiləmək, ətraflara isitqac
qoymaq, bunlar effekt vermədikdə dəri altına 1 ml kordiamin və ya
mezaton və ya kofein vurmaq
lazımdır.
Kollaps-arterial təzyiqin kəskin aşağı düşməsi nəticəsində baş verir. Kollapsın 3 forması müşahidə
olunur-kardiogen hipotoniya, damar kollapsı və hemorragik kollaps.
1. Kardiogen hipotoniya-müxtəlif ürək xəstəliklərində, ən çox miokard infarktı, kəskin miokarditlər, ağ
ciyər damarlarının emboliyası zamanı müşahidə edilir;
2. Damar kollapsı-periferik damarların genəlməsinin nəticəsində olub, əsasən müxtəlif kəskin infeksion
xəstəliklər nəticəsində baş verir.
Pnevmoniya, qarın yatalağı, sepsis və s.,
müxtəlif hipotenziv
preparatalrın qəbulu və ağır allergik reaksiyalar zamanı baş verir;
3. Hemorragik kollaps-dövran edən qanın azalması zamanı olur. Buna səbəb çoxlu qanitirmədir.
Dostları ilə paylaş: