Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
93
MÖVZU 44
HƏZM SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠNĠN ƏSAS SĠMPTOMLARI
Həzm sistemi orqanlarına ağız boşluğu, udlaq,
qida borusu, mədə, nazik və yoğun bağırsaqlar,
qaraciyər, öd kisəsi və mədəaltı vəz aiddir. Həzm sistemi orqanlarında hər hansı patologiya baş verdikdə
bu, adətən, aşağıdakı əlamətlərlə təzahür edir:qarında ağrılar, iştahanın pozulması, ürəkbulanma, qusma,
qəbizlik, ishal, gəyirmə, qıcqırma, qarının köpməsi.
Ağrılar daimi, vaxtaşırı, tutmaşəkilli və mövsümlə əlaqəli ola bilər. Yeməklə əlaqəli ağrılar vaxtaşırı
ağrılardır. Bunlar yeməkdən dərhal sonra, yaxud 2-3 saat sonra meydana çıxa bilər. 12 barmaq bağırsağın
xora xəstəliyində ağrılar gecə və ac qaldıqda baş verir, yemək qəbulundan sonra dərhal kəsilir.
Tutmayabənzər, birdən-birə baş verən şiddətli ağrılara “sancı” deyilir. Qarın nahiyəsində baş verən
güclü sancı “kəskin qarın»qrupuna daxil olan və təcili müdaxilə tələb edən xəstəliklərin əlamətidir. Bu
termin
o zaman istifadə olunur ki, qarın boşluğunda baş verən patoloji vəziyyətə dəqiq diaqnoz qoymaq
mümkün olmur, xəstənin isə təcili cərrahi müdaxiləyə ehtiyacı olur. Kəskin qarın bu səbəblərdən baş verə
bilər:qarın boşluğu orqanlarının iltihabi xəstəlikləri (appendisit, xolesistit, pankreatit, peritonit), orqanların
destruksiyası, yəni deşilməsi ilə gedən xəstəliklər (xoranın deşilməsi, şişin dağılması, qanaxmalar), kəskin
bağırsaq keçməməzliyi, boğulmuş yırtıq, zədələnmələr, uşaqlıqdankənar hamiləlik və s. Xəstəyə düzgün
diaqnoz qoymaq üçün ağrının yerini, yayılma dərəcəsini və şiddətini aydınlaşdırmaq lazımdır.
Qarın nahiyəsində ağrı həm qarın boşluğu orqanlarının, həm qarınarxası sahədə yerləşən orqanların,
onurğanın, qarın əzələlərinin, sinirlərin patologiyasında da rast gəlinir. Bunlarla yanaşı bir sıra döş
boşluğu orqanlarının xəstəliklərində ağrının qarın boşluğuna yayılması müşahidə olunur (plevrit, miokard
infarktı) .
Dostları ilə paylaş: