Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Mədə-bağırsaq qanaxmaları zamanı ilk yardım



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə119/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   115   116   117   118   119   120   121   122   ...   165
Tibb bacısının işi

 
Mədə-bağırsaq qanaxmaları zamanı ilk yardım 
 
Mədə-bağırsaq qanaxmalarının diaqnozu qanaxmanın xarici əlamətlərinə görə qoyulur (qan qusma, 
melena, nəcislə çoxlu miqdarda qanın xaric olması) .
Diaqnoz bəzən damar kollapsı əlamətlərinə görə təyin olunur:rəngin avazıması, ətrafların soyuması, 
a/t-in aşağı düşməsi, taxikardiya, başgicəllənmə və s. Hematokritin, dövr edən qanın həcminin müayinəsi 
diaqnozu təsdiqləməyə şərait yaradır. İlk saatlarda qanda hemoqlobin və eritrositlərin miqdarı dəyişilməyə 
bilər, sonra isə aşağı düşür.
Qusuntu kütləsinin tünd rəngdə olması ancaq mədə-bağırsaq qanaxması zamanı deyil, xəstələrin bəzi qida 
məhsullarını (kofe, çuğundur, qara qarağat), bəzi dərmanları (karbolen, bismut-nitrat) qəbul etməsi nəticəsində də 
baş verir. Yoğun bağırsağın distal hissəsindən olan qanaxma zamanı nəcis al-qırmızı qanla qarışıq olur. Bəzən qida 
borusundan olan qanaxmanı səhvən ağciyər, bağırsaq qanaxmasını isə (qadınlarda) -uşaqlıq qanaxması hesab 
edirlər.  
Mə də qanaxmasının səbə bləri nələ rdir? 
-Ailəvi və ekoloji amillər 
-Qanamaya səbəb olacaq dərmanlardan istifadə edilməsi 
-Stress və gərginlik halları 
-Zəif vücud quruluşu 
-Cərrahi əməliyyatlar 
-Müalicə edilməyən yaralar 


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 99 
-Çox miqdarda alkoqol istifadəsi 
Mədə qanaxması əlamətləri nələrdir? 
Əlamətlər yaş qruplarına görə fərqlilik göstərə bilər. Bəzi hallarda heç əlamət göstərməyə də bilər. 
Əlamətlərin biri və ya bir neçəsi bir yerdə ola bilər.
Mədə qanaxmasının olması: 
-Qarın bölgəsinin üst hissəsində ağrı və narahatlıq hiss etmək 
-Mədədə meydana gələn həzmsizlik və şişlik şikayətləri 
-Ürək bulanması və qusmaqla birlikdə turşuluq və yanma hiss edilməsi 
-Mədədə dolğunluq hissi olması 
-Qusmanın qırmızı rəngdə ya da qəhvə rəngində olması 
-Halsızlıq hiss edilməsi 

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin