Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə127/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   123   124   125   126   127   128   129   130   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 106 
MÖVZU 51 
 
QICOLMALAR. KOMATOZ VƏZĠYYƏT HAQDA ANLAYIġ 
 
Qıcolmalar-tutmaşəkilli və ya daimi qeyri-iradi əzələ yığılmalarına deyilir. Bu bir və ya bir neçə 
qrup əzələni əhatə edə bilər. Əhatə etdiyi əzələ qruplarına görə qıcomalar yayılmış və lokal olmaqla 2 
qrupa bölünür. Bu yığılmalar qısa fasilələrlə və ya uzun müddət davam edə bilər. Qıcolmalar əzələ 
yığılmalarının davamına görə də 2 cür olur:toniki və kloniki qıcolmalar.
Toniki qıcolmalar üçün əzələlərin yavaş-yavaş və uzun müddətə yığılması xarakterikdir. Kloniki 
qıcolmalar zamanı isə əzələ qrupları tez-tez yığılıb açılır, sanki səyriyir. Yayılmış qıcolamalar toniki, 
kloniki və toniki-kloniki ola bilər. Lokal qıcolmalar isə toniki və kloniki olur.
Qıcolmalar nevroloji, infeksion xəstəliklər zamanı, həmçinin zəhərlənmələrdə və su-duz 
mübadiləsinin pozğunluğu zamanı daha çox müşahidə olunur. Yayılmış toniki qıcolmalar ayaqlarda, 
əllərdə, boyun əzələlərində, üzdə, bəzən isə tənəffüs yollarında baş verə bilər. Bu zaman xəstənin əlləri 
toniki qıcolma vəziyyətində olur və ya tam açılır, ayaqlar adətən dartılmış və gərgin, boyun arxaya 
qatlanmış, qarın əzələləri gərgin olur, baş arxaya qatlanır, dişlər kilidləşir. Yayılmış toniki qıcolmalar-
epilepsiya xəstəliyində, quduzluq, tetanus xəstəliyində, beyin qan dövranının pozğunluqlarında, uşaqlarda 
müxtəlif infeksion xəstəliklərdə və intoksikasiyalarda müşahidə edilir. Adətən bu xəstəliklərdə toniki 
qıcolma kloniki qıcolmalardan əvvəl müşahidə edilir. Yayılmış kloniki qıcolmalar “ hərəkət burulğanı”nı 
xatırladır. Əzələ qrupları tez-tez ritmiki olaraq yığılıb-açılır, sanki bədən çapalayır və ya əzələlər səyriyir. 
Belə qıcolmalar epilepsiyada, eklampsiyada müşahidə olunur.
Uşaqlarda isə erkən yaşlarda neyroinfeksiyalar zamanı-meningit və ensefalitlərdə olur. Epilepsiyada 
adətən kloniki qıcolmalar toniki qıcolmaları əvəz edir. Bəzən isə qıcolmanın yalnız bir forması müşahidə 
olunur. Bu forma qıcolma subaraxnoidal qansızmanın birinci mərhələsində əsas klinik sindrom ola bilər. 
Lokal toniki qıcolmalar üzün, ətrafların, boynun, çiyinlərin və daxili orqanların əzələlərində müşahidə 
oluna bilər. Üz əzələlərinin toniki qıcolmaları-hemispazm, paraspazm, trizm, görmənin toniki qıcolması 
zamanı olur. Ətrafların, boyun və çiynin lokal toniki qıcolması tetaniyada, yerli tetanusda, miotoniyada və 
s. ola bilər. Əl “akuşer əli»şəklini alır. Lokal toniki qıcolmalarda əzələ yığılması adətən ağrılı olur. Qarın 
əzələlərinin lokal toniki qıcolması-peritonit zamanı, həmçinin onurğa beyninin üzvi zədələnmələrində 
olur, “taxta qarın»adlanır. Udma əzələlərinin qıcolması quduzluq zamanı müşahidə olunur. Bu, xəstəliyin 
ilkin mərhələsində olur, sonra isə yüksək temperatur fonunda yayılmış toniki və kloniki qıcolmalar 
başlayır. Yemək borusunun toniki qıcolması-mənfi emosiya nəticəsində yemək borusunun bir hissəsində 
ola bilər.
Lokal kloniki qıcolmalar çox vaxt beyin qabığında olan hərəki zonanın müəyyən hissəsinin 
qıcıqlanması nəticəsində ola bilər (Cekson epilepsiyası) .
Qıcolmalar zamanı ilk yardım-xəstəni zədələnmələrdən qorumaq üçün rahat yerdə uzandırmaq, əl-
ayağını tutmağa çalışmaq, düymələri və kəmərini açmaq, ümumiyyətlə, xəstəni onu sıxan geyimlərdən 
azad etmək, dili dişləməsin deyə yan tərəfdən ağıza parçaya bükülmüş qaşığı dişlərin arasına qoymaq 
lazımdır. Xəstəyə fenobarbital imaləsi, 10-15 dəqiqədən sonra xloral hidrat imaləsi olunmalıdır. Əzələ 
daxilinə 0,05%-li 2 ml seduksen, relanium, sibazon, 30 dəq. sonra isə heksenal (hər sarğıya 5 ml olmaqla 
cəmi 10 ml ə/d) yeridilir. Bir qədər sonra 25%-li maqnezium sulfat məhlulu 10 ml ə/daxili vurulur.
Qıcolmalar davam edərsə, 10ml 10%-li kalsi xlor v/d, 10 ml 2,5%-li natrium oksibutirat 5%-li 
qlükoza ilə yeridilir. Ağrıkəsici-baralgin, tramal 2 ml ə/d və ya v/d yeridilir. Qıcolma tutmaları dövründə 
xəstəni nəqliyyatla qospitalizə etmək olmaz. Qıcolmadan sonra dərin yuxu mərhələsində isə xəstəni 
oyatmaq olmaz.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin