Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Komanın ən çox təsadüf edilən formaları aĢağıdakılardır



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə129/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   125   126   127   128   129   130   131   132   ...   165
Tibb bacısının işi

Komanın ən çox təsadüf edilən formaları aĢağıdakılardır: 
Diabetik koma-diabetli xəstələrin qanında şəkərin səviyyəsi 350 mq%-dən yuxarı olduqda tədricən 
inkişaf edir. Xəstə huşunu itirir, arterial təzyiqi aşağı, nəbzi tezləşmiş və zəif, dili və dərisi quru, əzələ 
tonusu zəif olur, tənəffüsü pozulmuş (kussmaul tipli) olur. Komanın bilavasitə səbəbi hiperqlikemiya 
nəticəsində maddələr mübadiləsinin pozulması, qanda toplanmiş keton cisimciklərinin beyinə toksiki təsir 
göstərib beyində ləngimə törətməsidir. Xəstənin ağzından aseton iyi gəlir. Diabetik koma həmişə ölümə 
səbəb olmur, bəzən xəstə öz-özünə komadan çıxa bilir. Lakin təkrar komalar mütləq ölümlə nəticələnir. 
Diabetik komanın patogenezində sinir hüceyrələrinin enerji aclığının, asidozun, orqanizmin 
susuzlaşmasının mühüm rol oynadığını nəzərə alaraq, Xəstəyə təcili yardım göstərmək üçün v/d və d/a 
böyük dozada insulin yeritmək, çoxlu miqdarda fizioloji məhlul və bikarbonat məhlulu yeritmək lazımdır. 
İnsulinin böyük dozasının hipoqlikemik vəziyyət yaratmasının qarşısını almaq üçün o mütləq qlükoza ilə 
birlikdə yeridilməlidir.
Hipoqlikemik koma qanda qlükozanın səviyyəsi 40 mq%-dən aşağı olduqda sürətlə inkişaf edir. 
Diabetli xəstələrdə insulinin artıq dozasının vurulması, mədəaltı vəzin şişində insulinin çox hasil olunması 


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 108 
zamanı inkişaf edir. Hipoqlikemik komanın bilavasitə səbəbi beyin hüceyrələrində karbohidrat aclığı və 
bu fonda beyin damarlarının spazmıdır.
Komanın hər hansı növü üçün səciyyəvi olan mərhələlər hipoqlikemik koma zamanı aydın 
nəzərə çarpır: 
1-hipoqlikemik vəziyyət-qanda çəkərin səviyyəsi 80 mq%-dən aşağı olur. Sutka ərzində qida qəbulu 
arasında böyük fasilələr olduqda törənir. Əsəbilik, sonra ləngimə, yuxuculluq, süstlük, mədə nahiyəsində 
xoşagəlməz hissiyyat müşahidə edilir. Yemək və ya şirin şərbət qəbulu ilə aradan qalxır, vaxtında qəbul 
olunmasa sonrakı mərhələyə keçir.
2-somnolensiya (patoloji yuxuculluq) xəstə təkbaşına olduqda dərhal yuxuya gedir, lakin səsləndikdə 
dərhal oyanır və yuxudan əvvəl olanları xatırlayır. Ağızdan kifayət qədər şəkər qəbulu ilə vəziyyəti 
düzəlir.
3-stupor-kəskin ləngimə halı-xəstə ilə danışarkən, söhbətin ortasında yuxuya getməsi, oyandıqda hissəvi 
amneziya müşahidə edilir. Müalicə əvvəlki mərhələlərdə olduğu kimidir.
4-sopor-xəstənin şüuru tutqunlaşır, bir sıra reflekslər itir, buynuz qişa refleksi saxlanır, damar tonusu 
pozulur.
5-koma-son mərhələdir, spoor və komada xəstənin huşu itdiyi üçün qlükoza v/d yeeridilir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin