Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə128/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   124   125   126   127   128   129   130   131   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 107 
KOMALAR HAQQINDA ANLAYIġ 
 
Koma ( yunanca-dərin yuxu ) -mərkəzi sinir sistemində kəskin ləngimə nəticəsində huşun itməsi, 
reflector fəaliyyətin pozulması, tənəffüs, qan dövranı, maddələr mübadiləsinin dərin pozulmaları ilə 
xarakterizə edilən ağır patoloji haldır. Komanın müxtəlif növlərinin öz etiologiyası və patogenezi vardır. 
Lakin onların hamısının inkişafında beyin qabığı, qabığaltı nüvələr və beyin kötüuünün funksiyasının 
pozulması rol oynayır ki, bunun da nəticəsində xəstə huşunu itirir.
Yaranma səbəbinə görə koma birincili, yəni nevrogen xəstəliklər zamanı sinir sisteminin birincili 
olaraq zədələnməsi nəticəsində əmələ gələn və ikincili-daxili orqanların xəstəlikləri nəticəsində və 
intoksikasiyalarda sinir sisteminin zədələnməsindən ola bilər. Nevroloji koma-apoplektik, epileptik, baş 
beynin travmatik zədələnməsi (beyin silkələnməsi, baş beyin zədələnməsi və ya sıxılması) və beynin şiş 
xəstəliklərində müşahidə olunur.
İkincili və ya daxili xəstəliklər nəticəsində beyin və sinir sisteminin zədələnməsi bir sıra 
xəstəliklərdə ola bilər. Məs:şəkərli diabet zamanı (hiper və hipoqlikemik koma), xroniki qara ciyər 
xəstəliklərində (qara ciyər koması), böyrək xəstəliklərində (uremik koma), mədəaltı vəzin ağır iltihabında, 
tireotoksikozda, su-duz mübadiləsinin pozğunluğu ilə müşayiət olunan infeksion xəstəliklərdə 
(xlorhidropenik koma), ekzogen zəhərlənmələrdə və s. koma baş verə bilər. Anamnestik məlumat olduqda 
komatoz vəziyyətin diaqnostikası çətinlik törətmir. Lakin anamnez toplamaq mümkün deyilsə, bir sıra 
fərqləndirici əlamətlərinə görə komanı differensasiya etmək lazımdır.
Komanın inkişaf etməsi ani (bir an ərzində), sürətli (bir neçə dəqiqədən bir neçə saata qədər) və 
tədricən (bir neçə gün) ola bilər. Sürətli inkişaf insult, kəllə-beyin travmaları, anafilaktik şok, dərman 
zəhərlənmələri, hipoqlikemik koma üçün səciyyəvidir. Tədricən inkişaf edən koma diabet, qaraciyər 
koması, uremik koma və kimyəvi zəhərlənmələr üçün xasdır. Praktik cəhətdən komanı səciyyələndirmək 
üçün prekoma və 4 ağırlıq dərəcəsi ayırd edilir.
Prekoma huşun bulanıqlaşması, yuxuculluq və ya psixomotor oyanıqlıq, hərəki koordinasiya 
pozğunluğu ilə xarakterizə olunur. Bütün reflekslər saxlanılır.
Yüngül komada ağrı qıcığına reaksiya saxlanılır, əzələ zəifliyi, bəbəyin işığa qarşı zəif reaksiyası, 
udmanın çətinləşməsi, tənəffüs və ürək fəaliyyətində cüzi pozğunluq müşahidə olunur.
Orta ağır komada xarici qıcıqlara reaksiya itir, bəbək işığa çox zəif reaksiya verir, udma və çanaq 
orqanlarının funksiyası, tənəffüs və ürək fəaliyyəti pozulur,
Dərin komada bütün reflekslər itir, əzələlərdə atoniya, tənəffüs və ürək fəaliyyətinin kobud 
pozğunluğu, sianoz, hipotermiya müşahidə olunur.
Hüdudi və ya terminal komada həyat fəaliyyəti yalnız süni tənəffüs və urəyin stimulyasiyası 
hesabına davam etdirilir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin