Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
96
Qıcqırma-döş sümüyü arxasında vǝ epiqastral nahiyǝnin yuxarı hissǝsindǝ yandırma hissi ilǝ özünü
büruzǝ verir. Buna sǝbǝb mǝdǝ turşusunun yemǝk borusuna atılmasıdır.
Gǝyirmǝ-periodik olaraq mǝdǝnin saya ǝzǝlǝsinin yığılması nǝticǝsindǝ qǝflǝtǝn ağız boşluğuna
hava, qaz, bǝzǝn qida qalığının gǝlmǝsidir.
Qusma-bu mǝdǝ möhtǝviyyatının qeyri-iradi olaraq ağız boşluğundan bayıra atılmasıdır. Qusmadan
ǝvvǝl çox zaman ürǝkbulanma baş verir. Qusma mǝdǝ mǝnşǝli olduqda, ondan sonra xǝstǝnin vǝziyyǝti
yaxşılaşır.
Beyin mǝnşǝli qusma zamanı (insult,
hipertonik kriz, beyin şişlǝri) isǝ yaxşılaşma baş vermir.
Xǝstǝnin vǝziyyǝti qusma zamanı ağır olur vǝ tibb bacısı ona kömǝk etmǝyi bacarmalıdır:
1) xǝstǝ otuzdurulur (xǝstǝnin vǝziyyǝti imkan verǝrsǝ) vǝ ona müşǝmbǝ döşlük geyindirilir;
2) ayaqlarının arasına lǝyǝn vǝ ya vedrǝ qoyulur;
3) xǝstǝnin alnına ǝlinizi qoyaraq onun başını saxlayın;
4) qusmadan sonra su verin ki, xǝstǝ ağzını yaxalasın vǝ sifǝtini dǝsmalla silin;
5) qusuntu kütlǝlǝrini hǝkim gǝlǝnǝ qǝdǝr lǝyǝndǝ saxlayın.
Dostları ilə paylaş: