Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə99/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 82 
Şöbələrdə oksigen xüsusi balışların köməyi ilə xəstəyə verilir. Oksigen balışı rezin kisə, rezin boru 
və müştükdən ibarətdir. Müştük qıf şəklində olur. Kisə 25-75 l oksigen tutur. Balışı oksigenlə doldurmaq 
üçün müştük çıxarılaraq rezin boru oksigen balonunda olan reduktorun borusuna birləşdirilir. Sonra 
reduktor bağlanılır, balışın rezin borusu sıxıcı ilə bağlanılır. Müştük spirtli pambıqla dezinfeksiya edilir və 
balışın rezin borusuna birləşdirilir. Oksigeni nəmləşdirmək məqsədilə 2-3 qat isladılmış tənziflə müştüyün 
ağzı örtülür və kip surətdə xəstənin ağzına qoyularaq rezin borunun krani açılır və verilən oksigenin 
miqdarı tənzimlənir. Bu zaman xəstə (ağızdan) qıfla nəfəs alaraq burunla nəfəs verir. Balışda oksigen 
azaldıqda onu əllə basmaq lazımdır. İstifadə edildikdən sonra qıflı müştüyü spirtlə iki dəfə silmək 
lazımdır. Balışla oksigen verməyin bir sıra çatışmayan cəhətləri vardır:oksigen dozasının dəqiq tənzim 
olunmaması, qaz itkisi və s. Xəstəyə oksigen verilməsinin ən əlverişli üsulu onun burun kateteri vasitəsilə 
verilməsidir. Bu üsul xüsusilə uzunmüddətli oksigen müalicəsi zamanı əlverişlidir. Burun kateteri 1-2 
dənəli (hər iki burun dəliyi üçün) olub, rezindən, yaxud plastik kütlədən hazırlanır. Əvvəlcə kateterin 
yararlığı yoxlanılır, sonra qaynadılaraq dezinfeksiya edilir və üzərinə steril vazelin yağı sürtülür. Burun 
dəliyi selikdən təmizlənir və kateter aşağı burun dəliyi ilə udlağın arxa divarına qədər 15 sm uzunluğunda 
yeridilir. Kateterin xarici ucu yapışqanlı plastrla yanağa bərkidilir. Verilən oksigen mütləq nəmləşdirilməli 
və 35-40% konsentrasiyada olmalıdır. Oksigenin verilmə sürəti 2-3 l/dəq olmalıdır.
Son zamanlar oksigenlə müalıcənin yeni üsulundan-hiperbarik oksigenizasiyadan geniş istifadə 
edilir. Bu zaman oksigen yüksək təzyiq (1-3 atm) altında tətbiq edilir ki, belə oksigen də qanın 
plazmasında daha yaxşı həll olaraq, toxumaların oksigenlə təhcizatını xeyli yaxşılaşdırır. Hiperbarik 
oksigenizasiya məqsədilə bir çox yerli, portativ və stasionar barokameralardan istifadə edilir.
Bir sıra cərrahi əməliyyatlar da barokameralarda aparılır (məsələn, ürəkdə aparılan cərrahi 
əməliyyatlar) . Hiperbarik oksigenizasiya ən çox aşağıdakı hallarda tətbiq edilir:ürək, baş beyin və 
periferik damarların kəskin keçməməzliklərində; zəhərlənmələrdə; qaz emboliyası zamanı; anaerob 
infeksiyalarda; şok zamanı; trofik xoralarda və s.
Lakın hiperbarik oksigenizasiya zamanı bir sıra ağırlaşmalar da ola bilər; təzyiq 3 atm (və daha çox) 
olduqda 3-4 saat ərzində kəskin oksigen zəhərlənməsi baş verə bilər:taxikardiya, ürəkbulanma, baş 
gicəllənməsi, vegetativ hallar, dodaq, yanaq və kipriklərin qıc olmaları. Sonra bu qıcolmalar bütün 
ətraflara yayılır. Bundan əlavə, oksigenlə müalicə zamanı bir sıra digər ağırlaşmalar da ola bilər:a) yeni 
doğulmuş uşaqlarda oksigenin yüksək konsentrasiyası görmənin azalması ilə birgə retrolentar 
fibroplaziyaya səbəb ola bilər. Bu olmasın deyə, oksigenin konsentrasiyası 35%-dən çox olmamalıdır; b) 
kəskin tənəffüs çatmamazlığı zamanı 100%-li oksigenin verilməsi qanda karbon qazının azalmasına və 
yuxu arteriyasında olan yumağın (qlomus) qıcıqlanmasına və tənəffüsün dayanmasına gətirib çıxarır. Bu 
ağırlaşmanın qarşısını almaq üçün xəstəyə xalis oksigen yox, karbogen (95% oksigen+5% karbon qazı) 
verilməlidir; v) xronoki oksigen zəhərlənməsi. Bu, uzun müddət 80-100% konsentrasiyalı oksigeni 1 atm 
təzyiq altında işlətdikdə baş verir; q) bir sıra digər ağırlaşmalar da ola bilər:arterial hipotenziya, tənəffüs 
yollarının epitelisinin, ağciyər alveollarının zədələnməsi, traxeit, bronxit, pnevmoniya və atelektaz.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin