Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 81 MÖVZU 39 OKSĠGENOTERAPĠYA VƏ OZONOTERAPĠYA OKSĠGENOTERAPĠYA Ürək-damar və tənəffüs sisteminin bir sıra xəstəliklərində (ağciyərlərin ödemi, ürək
çatışmamazlıqları və s. ) xəstələrdə hipoksemiya baş verir ki, bu da oksigenlə müalicə tələb edir. Heç vaxt
xəstəyə xalis oksigen verilmır, çünki xalis oksigen tənəffüs mərkəzinin fəaliyyətini zəiflədir. Həmçinin
uzun müddət xalis oksigenlə nəfəs aldıqda xəstədə qıcolmalar, huşun itməsi baş verə bilər. Adətən,
xəstəyə tərkibində 50% oksigen olan oksigen-hava qarışığı verilir. Oksigen tutumu 40 l olan, göy rəngə
boyanmış metal balonlarda 150 atm təzyiq altında saxlanılır. Hər balonun üstündə balonun nömrəsi,
çəkisi, doldurulma tarixi, dolduran zavodun adı və s. məlumatlar yazılan lövhə olmalıdır. Xəstəyə oksigen
verilərkən təzyiqi 150 atm-dən 3 atm-ə endirmək üçün balona manometri olan reduktor birləşdirilir və
oksigen xəstəyə xüsusi borularla gətirilərək verilir.
Oksigenlə işlədikdə bir sıra təhlükəsizlik texnikası qaydalarına riayət etmək lazımdır:-oksigen
balonu olan otaqda siqaret çəkmək, alov yandırmaq və elektrik cihazlarından istifadə etmək olmaz;-
oksigen balonlarını qızdırmaq, böyrü üstə saxlamaq olmaz;-balon elektrik cihazlarından 1 m, açıq od
mənbələrindən 5 m məsafədə olmalıdır;-balona günəş şüaları düşməməlidir;-balondan oksigen balışa
reduktor vasitəsilə doldurulmalıdır;-oksigen olan otaqda efir, spirt, benzin və avtomobil yağı
işlədilməməlidir, çünki onlar oksigenlə təmasda olanda partlayış baş verə bilər;-oksigenlə işlədikdə elə
etmək lazımdır ki, qaz şırnağı üzə və gözə düşməsin, çünki yanıq ola bilər.
Oksigenlə müalicə üç formada olur:yerli, ümumi və qarışıq. Anaerob infeksiyalı yaraların, trofik
xoraların və bir sıra digər yerli proseslərin müalicəsində işlədilə bilər, həmçinin oksigen yerli olaraq
plevra və qarın boşluğuna, konyuktivanın altına, retrobulbar, oynaq kisəsinə, sümük daxilinə və dəri altına
yeridilə bilər. Oksigenin ümümi müalicəvi tətbiqində o, inhalyasion (tənəffüs yolu) və qeyriinhalyasion
(tənəffüs yolundan kənar) yolla işlədilir. Qeyri-inhalyasion yolla ən çox oksigen enteral (bağırsağa-
oksigen kokteylləri), mədəyə, dəri altına və mikroemulsiyalar şəklində damar daxilinə yeridilir. Oksigeni
dəri altına yeritdikdə o, həm yerli, həm də reflektor yolla ümumi təsir göstərir. 50-600 ml miqdarda
oksigen ya budun ön-xarici səthində, ya da kürəkaltı nahiyədə dəri altına yeridilir.
Oksigen ən çox inhalyasion yolla verilir. Bu məqsədlə maskalar, burun kateterləri, intubasion və
traxeostomik borulardan istifadə edilir. Şöbələrin əksəriyyətində isə oksigen xəstəyə bilavasitə balondan
verilir. Belə ki, oksigen balondan Bobrov aparatına daxıl olaraq nəmləşir və oradan da kateterlə xəstəyə
ötürülür. Kateterlər üzərində bir neçə dəlik açılmış rezin boru olub, nömrələri 8-12 arasındadır. Bir sıra
hallarda isə xəstəyə oksigen xüsusi balışlarla verilir. Təcili yardım göstərilən şəraitdə oksigen çox vaxt
maska ilə verilir (Kİ-3 aparatı) . Stasionarda isə oksigen maska ilə inhalyasion aparatlarla fasiləli və
fasiləsiz axınla verilir.
Açıq üsulla işləyən aparatlarda xəstənin udduğu oksigen aparata qayıtmayaraq atmosfer havasına
verilir. Yarımqapalı aparatlarda udulan oksigenin bir hissəsi aparata qayıdır, digər hissəsi isə havaya
buraxılır. Qapalı aparatlarda xəstə tərəfindən udulan oksigen yenidən aparata qaytarılır. Maska ilə verilən
oksigen mütləq əvvəlcə isidilməli və nəm olmalıdır, çünki quru oksigen bronxların selikli qişasını
qurudaraq, epitelinin normal funksiyasını pozur.
Oksigen əvvəlcə Bobrov aparatında 50%-ə qədər nəmləşdirilməlidir. Ən yaxşısı isə oksigeni aerozol
nəmləşdiricilərinin köməyi ilə nəmləşdirməkdir (bu zaman oksigenin nəmliyi 100% olur) . İnhalyasion
narkoz aparatları ilə veriləndə oksigen nəfəsvermə zamanı ifraz olunan su ilə nəmləşdiyindən xüsusi
nəmləşdirici aparatlara ehtiyac olmur. Maska xəstənin üzünə qoyulmamışdan əvvəl kənarları spirtlə
silinməli, qoyularkən sifətə kip oturmalıdır.