Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
62
MÖVZU 30
XƏSTƏLƏRĠN QĠDALANMASI. YATAQDA YEDĠZDĠRĠLMƏNĠN
XÜSUSĠYYƏTLƏRĠ. MÜALĠCƏ STOLLARI, ONLARIN XARAKTERSTĠKASI
Qidalanma-canlı orqanizmin fizioloji tələblərindən biridir. Qida ilə orqanizm özünə lazım olan
zülal, yağ, k/h, mineral elementlər, su və vitaminlər alır. Bütün bu maddələr mürəkkəb mübadilə prosesi
keçərək parçalanır və orqanizmdən çıxır. Zülal, yağ, k/h oksidləşib yananda istilik ayrılır, bu da kalori ilə
ölçülür. 1 kq suyu 10 S qızdırmaq üçün lazım olan istiliyin miqdarına kilokalori deyilir. 1
q zülal
oksidləşdikdə 4,1 kkal, 1q yağ-9, 3 kkal, 1q k/h-4,1 kkal enerji ayrılır.
Normal qidalanan adam sutkada təqribən 3000 kkal enerji alır. Bədən kütləsini artırmaq üçün
yüksək, əks halda isə az kalorili yemək məhsulları təyin olunmalıdır. Müalicə qidası-xəstə adamın fizioloji
tələbatını ödəyən və xəstəliyin gedişinə müalicəvi təsir göstərən qidalanma növüdür.
Dostları ilə paylaş: