Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə73/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   165
Tibb bacısının işi

Zülallar-orqanizmin bütün toxumalarının tərkib hissəsini təşkil edir. Amin turşularından ibarətdir. 
Amin turşular əvəz olunan və əvəz olunmayan olmaqla 2 qrupa bölünür. Birincilər orqanizmdə başqa 
amin turşularından sintez oluna bilir. İkincilər isə yalnız hazır şəkildə orqanizmə daxil olmalıdır. Zülallar 
orqanizmdə həm energetik, həm plastik, həm də requlyator funksiyaları yerinə yetirirlər. Orqanizmin 
zülala sutkalıq tələbatı 100-120 q-a qədərdir. Zülal orqanizmdə çatışmadıqda degenerasiya prosesi baş 
verə bilər. Daha ağır fiziki işlə məşğul olan insanın zülala tələbatı daha çoxdur.
Yağlar-mürəkkəb üzvi birləşmələrdir və əsas enerji mənbəyidir. Orqanizmə daxil olan yağın bir 
hissəsi enerji mənbəyi kimi, bir hissəsi isə ehtiyat üçün piy halında toplanır. Deməli, yağlar orqanizmdə 
energetik və plastik funksiyaları yerinə yetirir. Həmçinin bəzi suda həll olmayan vitaminlər orqanizmə 
yağlarla daxil olur. Yağlar bitki və heyvani mənşəli olur. Orta yaşlı adamın sutka ərzində yağa tələbatı 80-
100 q-dır. Bunun isə 25-30 q-nı bitki yağları təşkil etməlidir.
Karbohidratlar-orqanizmdə əsas enerji mənbəyi hesab edilir. Əsasən energetik funksiyanı yerinə 
yetirir. Karbohidratlar asan həzm olunan və kobud sellülozlu olmaqla 2 qrupa bölünür. Birincilər çox asan 
həzm olunub, orqanizmdə parçalanır və enerji mənbəyi kimi sərf olunur, artıq hissəsi isə yağlara çevrilib, 
orqanizmdə depolaşır. İkincilər isə tərəvəz, meyvə, qara çörəkdə olan bitki sellülozudur ki, onlar həzm 
olunmur, yalnız bağırsağın peristaltikasını artırır və ödün ifrazını gücləndirir. Orqanizmin karbohidrata 


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 61 
sutkalıq tələbatı 450-500 q-dır. Ümumiyyətlə, fizioloji qidalanma normalarına görə qəbul edilən zülal, 
yağ, karbohidratın münasib nisbəti 1:1:4-dir.
Vitaminlər-əsasən requlyator və qismən plastik funksiyaları yerinə yetirirlər. Suda və yağda həll 
olunan növləri vardır. Orqanizmdə vitamin çatmamazlığı müxtəlif avitaminozlara səbəb olur. Hər bir 
vitamininin orqanizmdə xüsusi rolu vardır.
Su-bütün orqan və toxumaların tərkib hissəsi olub, bədən kütləsinin 2/3 hissəsini təşkil edir. 
Orqanizmdə gedən bütün mübadilə proseslərində su iştirak edir. Su həm də bədən temperaturunun 
tənzimlənməsində iştirak edir. Sutkada 2,5 l-ə qədər su orqanizmə daxil olur, onun 1,5 l-i maye şəklində, 1 
l-i isə bərk qida ilə. Su həm də işlənmiş, yararsız maddələrin bədəndən xaric edilməsində iştirak edir. 
Minerallar-hüceyrələrə maddələr mübadiləsinin normal tənzimlənməsi üçün lazımdır. Əsasən plastik və 
requlyator funksiyaları yerinə yetirir. Orqanizmdə turşu-qələvi tarazlığını tənzimləyir, toxumaların əmələ 
gəlməsində və həzm prosesində iştirak edir. Mineral duzların əsas mənbəyi süd, yumurta, balıq, kəsmik, 
pendir və s. -dir.
Bütün yuxarıda deyilənlərdən aydın oldu ki, rasional qidalanmanın ikinci şərti ondan ibarətdir ki, 
orqanizmə gün ərzində lazımi qədər qida inqridenti daxil olmalıdır ki, sərf olunan enerji bərpa edilsin. 
Orqanizm insanın fəaliyyət növünə uyğun olaraq qida maddələri, daha doğrusu, kalori qəbul etməlidir. 

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin