Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Mədə və nazik bağırsağın rentgenoloji müayinəyə hazırlanması



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə35/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   165
Tibb bacısının işi

Mədə və nazik bağırsağın rentgenoloji müayinəyə hazırlanması-müayinədən 2-3 gün əvvəl 
xəstənin pəhrizindən qaz əmələ gətirən ərzaqlar çıxarılır (qara çörək, kartof, süd, kələm, turp, paxlalılar və 
s. ) . müayinədən bir gün əvvəl xəstə axşam saat 18-də yüngül şam edir, bundan sonra ona yemək, içmək 
və dərman qəbul etmək qadağa olunur. Saat 20-də xəstəyə 30 q gənəgərçək yağı içirdilir, 3 saat sonra isə 
təmizləyici imalə qoyulur. Səhər müayinədən 2 saat əvvəl yenidən təmizləyici imalə qoyulur və xəstə 
rentgenoloji müayinəyə göndərilir. Müayinədən əvvəl xəstəyə su içmək, siqaret çəkmək olmaz! Xəstənin 
mədəsində acqarına maye toplanmış olarsa, zond vasitəsilə çıxardılmalıdır. Bağırsaqlarda qaz toplanması 
halında isə müayinədən 30 dəq əvvəl yenidən imalə qoyulur.
Öd kisəsi və öd yollarının müayinəsinə hazırlıq-Xolesistoqrafiyadan əvvəl 2 gün ərzində xəstə 
tərkibində kobud bitki lifləri olmayan, meteorizm əmələ gətirməyən yüngül qidalar qəbul edir. Bağırsaqlar 
imalə ilə təmizlənir. Müayinədən əvvəlki gün xəstə saat 16-da yemək yeyir, axşam imalə olunur. Kontrast 
maddə (1,5-3 q xolevid) xüsusi sxem üzrə rentgenoqrafiyadan 12-14 saat əvvəl yeridilir. Səhər 
müayinədən 2-3 saat əvvəl yenidən imalə olunur, xəstə özü ilə rentgenoloji kabinetə 2 çiy yumurta gətirir.
Venadaxili xolesistoqrafiyada əvvəlcə xəstənin kontrast maddəyə həssaslığı yoxlanılır-v/d 1-2 ml 
20%-li biliqnost məhlulu yeridilir. Dəridə səpgilər, qaşınma, temperaturun yüksəlməsi müşahidə olunarsa 
müayinədən imtina edilir. Reaksiya olmazsa xəstəyə v/d isidilmiş, 30-40 ml 30%-li biliqnost məhlulu 
yavaş-yavaş yeridilir. 10-15 dəq sonra rentgenoqrammada öd axarları görünməyə başlayır. 45 dəq sonra 
isə öd kisəsi dolmağa başlayır.
Yoğun bağırsağın müayinəsi-yoğun bağırsağın rentgenoloji müayinəsi imalə ilə barium-sulfat 
məhlulunun yeridilməsi ilə, və ya mədənin rentgenoloji müayinəsindən bir sutka sonra, barium-sulfat 
məhlulu bağırsaqlara dolandan sonra aparılır. Ikinci halda xəstəyə tapşırırlar ki, müayinəyə bağırsaqların 
boşaldılması hissi yaranan zaman gəlsin. Bu halda bağırsaqların peristaltikasını artırmaq məqsədilə 
xəstəyə səhər yeməyi verilir, 2 saat sonra müayinə aparılır.
Kor bağırsağı müayinə etmək üçün xəstəyə gecə saat 3-də barium horrası (200 q barium-sulfat+ 1 st 
su) içirdilir, 7-8 saat sonra xəstə müayinə olunur.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin