Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə36/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 31 
Sidik-ifrazat sisteminin müayinəsi. Böyrəklərin ölçüsü, vəziyyəti, daşları, şişləri və s haqqında 
məlumat əldə etmək üçün rentgenoloji müayinə aparılır. Müayinədən əvvəl 2-3 gün xəstəyə qaz əmələ 
gətirən yeməklər, işlədici dərmanlar və yod tərkibli preparatlar qəbul etmək qadağan olunur. əvvəlki gün 
axşam saat 22-də təmizləyici imalə qoyulur. Müayinə günü yemək və içmək olmaz. Səhər müayinədən 3 
saat əvvəl yenidən imalə olunur. Proseduradan əvvəl sidik kisəsi boşaldılır. Bağırsaqlarda qaz toplanması 
müşahidə olunarsa yenidən imalə qoyulur və 45 dəq sonra müayinə aparılır.
ENDOSKOPĠK MÜAYĠNƏ-xüsusi optik cihazların (endoskopların) köməyi ilə mədə-bağırsaq 
sisteminin selikli qişasının müayinəsidir. Qida borusu, mədə, 12 barmaq bağırsağın müayinəsi fibro-
ezofaqo-qastro-duodeno-skopiya-FEQDS adlanır.
Düz bağırsaq və siqmayabənzər bağırsağın müayinəsi-rektoromanoskopiya, yoğun bağırsağın 
müayinəsi-kolonoskopiya, qarın boşluğunun müayinəsi isə laparoskopiya adlanır.
Endoskopik müayinənin köməyi ilə: 
-histoloji müayinə üçün toxuma nümunəsi (biopsiya) götürmək; 
-bir çox müalicə proseduraları (yad maddələrin xaric edilməsi, poliplərin kəsilməsi, qanaxmanın 
dayandırılması və s) icra etmək olar.
Bütün endoskopik müayinələrdə ağırlaşmalar baş verə bilər:anestetiklərə qarşı allergiya, qanaxma, 
bayılma və s. Buna görə tibb bacısı prosedura müddətində və sonra xəstənin vəziyyətinə nəzarət etməlidir.
FEQDS-müayinə üçün xüsusi hazırlıq tələb olunmur. Planlı müayinə səhər, acqarına aparılır, təcili 
müayinə isə (məs. güclü mədə qanaxması) istənilən vaxt, hazırlıqsız aparıla bilər.
Müayinədən əvvəl xəstəni başa salırlar ki, prosedura ərzində danışmaq, tüpürcəyi udmaq mümkün 
olmur. Diş protezləri çıxarılmalıdır. Müayinədən 30 dəq əvvəl xəstəyə d/a 1 ml 0,1%-li atropin-sulfat 
məhlulu vurulur. Bilavasitə müayinədən əvvəl udlağın dikain məhlulu ilə anesteziyası aparılır. Xəstə 
əməliyyat stoluna sol böyrü üstə uzadılır. Tibb bacısı xəstənin vəziyyətinə nəzarət edir. Müayinədən sonra 
xəstə 2 saat yemək qəbul etmir (udma refleksi bərpa olunanadək), əgər biopsiya aparılıbsa həmin gün 
xəstə yalnız duru və soyuq halda olan qida qəbul edə bilər.
Rektoromanoskopiyaya hazırlıq məqsədilə axşam xəstəyə təmizləyici imalə qoyulur. Səhər 
müayinədən 1,5-2 saat əvvəl yenidən imalə olunur və qazçıxarıcı boru qoyulur. Kəskin iltihabi proseslərdə 
(məs, dizenteriya) və ciddi qanaxmalarda isə müayinə hazırlıqsız aparılır.
Kolonoskopiyaya hazırlıq məqsədilə xəstə bir gün əvvəl günortadan sonra yemək qəbul etmir, 
axşam və səhər-müayinədən 2 saat əvvəl imalə olunur. Axşam imalədən sonra xəstəyə 50 ml gənəgərçək 
yağı içirdilir. Xüsusi göstəriş olduğu halda (məs, yoğun bağırsaq keçməməzliyinə şübhə) əvvəlcədən 
hazırlıq görülmür, yalnız müayinədən 0,5-1 saat əvvəl sifon imaləsi edilir. Müayinə zamanı xəstə sol 
böyrü üstə, ayaqları qarına yığılmış vəziyyətdə uzadılır. Kolonoskopun yeridilməsi çətin olarsa xəstəni 
arxası üstə və ya sağ böyrü üstə də çevirmək olar. Müayinə müddətində tibb bacısı xəstənin vəziyyətinə 
nəzarət etməlidir.
Laparoskopiya-qarın boşluğu və kiçik çanaq orqanlarında patoloji proseslərin müayinəsi üsuludur. 
Müayinədən əvvəlki axşam və müayinədən bilavasitə əvvəl xəstəyə təmizləyici imalə qoyulur. Tibb bacısı 
xərəkdə xəstəni əməliyyat otağına aparır, müayinə bitdikdən sonra palataya qaytarır və onun vəziyyətinə 
nəzarət edir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin