SĠREMOBĠL-2000 rəqəmsal (inteqral-sifrovoy) aparatı ilə aşağıdakı müayinələr aparılır.
Sümük-oynaq sistemi: kəllə, onurğa sütunu-fəqərələr, qabırğalar, ətraf sümüklər, əl və ayaq pəncə
sümükləri, çanaq sümükləri, döş sümüyü, diz qapağı, bilək və ayaq daraqarxası sümükləri, kiçik sesmoid
sümüklər.
DöĢ qəfəsi orqanları: ağciyərlər, bronx-damar dəstəsi, plevra, qabırğa-diafraqma sinusları, ürək,
aorta, divararalığı orqanları, diafraqma) .
Burun ətrafı ciblər: Haymor, alın-frontal, əsas, xəlbir cibləri.
Yemək borusu-mədə-bağırsaq traktı orqanları:udlaq, yemək borusu, mədə, 12 barmaq bağırsaq,
nazik-acı, qalça, kor bağırsaq, yoğun-qalxan, köndələn, enən çənbər bağırsaq, S-vari bağırsaq, düz
bağırsaq.
Ġrriqoskopiya və irriqoqrafiya:yoğun bağırsağın qalxan-retroqrad üsulla kontrast rentgen
müayinəsi.
Histerosalpingoqrafiya: uşaqlıq yolunun, uşaqlığın, uşaqlıq borularının və kiçik çanağın kontraszt
rentgen müayinəsi.
Uroqrafiya: böyrəklərin, sidik axarının, sidik kisəsinin və sidik kanalının kontrast rentgen
müayinəsi
Maqnit rezonans tomoqrafiya
Maqnit rezonans tomoqrafiya (MRT) -bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen
nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan
bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir. Maqnit Rezonans Tomoqrafiyası zamanı
xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji
verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompyuter ekranında canlanır və onu rentgen
plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20 ilə 40 dəqiqə arasında
tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların
dəyərləndirilməsində istifadə olunur.
Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, xəstə şüalanmaya məruz qalmır. Alınan təsvir daha aydın
və diaqnostik cəhətdən əlverişli sayılır.
MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş
qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda
meydana gələn dəyişiklikləri aşkar etmək olar.
Dostları ilə paylaş: |