Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
35
1. Kəsilib götürülməklə olan biopsiya-adətən dəri xəstəlikləri, ağız
boşluğu üzvləri, uşaqlıq yolu və
boynunun patologiyaları, açıq yaralar zamanı və s hallarda patoloji ocaqdan kiçik hissə kəsilib götürülür
və mikroskopik müayinədən keçirilir.
2. Punksion biopsiya-xüsusi şprislər vasitəsilə boşluqlu üzvlərdə toplanmış
maye çəkilərək sitoloji
müayinə olunur
3. Endoskopik biopsiya-endoskopik müayinə zamanı həmin nahiyədən endoskopla toxuma hissəciyi
götürülür
4. Cərrahi əməliyyatla bioptatın götürülməsi-bəzən yerli keyləşdirmə ilə dəridə və dərialtı
toxumada
parasentez kəsik aparılır, troakar şəklində xüsusi alət daxili üzvə yeridilərək parenximadan toxuma
hissəciyi götürülür. Bəzən isə yalnız diaqnostika məqsədilə ümumi narkoz altında
cərrahi əməliyyat
aparılır, xəstə üzv açılır, ondan toxuma nümunəsi kəsilib götürülür, bununla da cərrahi əməliyyat başa
çatdırılır.
5. Cərrahi biopsiya-müalicə məqsədilə cərrahi əməliyyat aparılır, üzv və ya toxuma hissəsi çıxarılır və
çıxarılmış hissədən xəstəliyin növünü,
xarakterini, mərhələsini və s aydınlaşdırmaq üçün bioptat
götürülərək müayinəyə göndərilir.
6. Yaxma materialının götürülməsi-bəzən
boşluqlu və borulu üzvlərdən, selikli qişalardan qaşımaqla
toxuma hissəsi götürülür və sitoloji müayinə olunur.
Biopsiya müayinəsinin başa çatdirilma müddətinə görə planlı (3-4 gündən 1-2 həftəyədək) və təcili
biopsiyalar ayırd edilir. Təcili (ekspress) biopsiya zamanı xüsusi üsullarla preparat 20-30 dəq ərzində
hazırlanır, mikroskopda baxılır və cavab verilir.
Dostları ilə paylaş: