Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə48/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 42 
MÖVZU 20 
 
XƏSTƏNĠN ġƏXSĠ GĠGĠYENASI, ONUN YATAQDA VƏZĠYYƏTĠ.
YATAQ YARALARININ PROFĠLAKTĠKASI 
 
Xəstənin şəxsi gigiyenasına xəstəxana daxilində xüsusi fikir verilməlidir. Xəstə xəstəxanaya daxil 
olarkən xəstəxana dəyişəyi ilə təmin edilməlidir. Xəstəxana dəyişəyinə:döşəkağılar, yastıqüzüləri, yorğan 
ağları, əsgilər, alt köynəkləri, ləçəklər, xalatlar, pijamalar, dəsmallar və s. aiddir. Təmiz dəyişəklər hər 
şöbənin xüsusi otağında, çirklilər isə şöbə yaxınlığında xüsusi yeşiklərdə və baklarda saxlanılır. Bunlar 
dolduqda camaşırxanaya göndərilir.
Bütün dəyişəklərdə şöbənin nişanı olmalıdır. Hər şöbənin təsərrüfat bacısı dəyişəyin camaşırxanaya 
göndərilməsinə cavabdehdir. 7-10 gündən 1 dəfə hamam günü keçirilir və bu vaxt dəyişəyi dəyişdirirlər. 
Lakin şöbədə ağır xəstə varsa, təsərrüfat bacısı kiçik tibb bacısına ehtiyat üçün bir neçə dəst təmiz dəyişək 
qoyur. İfrazata və qana bulanmış əskiləri açıq durulaşdırılmış əhəng məhlulunda isladıb qurudur, sonra 
camaşırxanaya göndərirlər.
Uzun müddət yataqda qalan və hər həftə çimməyən xəstələri, həmçinin yerini bulaşdıran xəstələri 
gündə bir neçə dəfə yumaq lazımdır, çünki qasıq büküşlərində ifrazat qalarsa, dəridə yataq yaraları əmələ 
gətirə bilər. Xəstəni zəif kalium permanqanat məhlulu və ya başqa dezinfeksiyaedici maddə ilə yuyurlar. 
Maye ilıq olmalıdır. Xəstəni yumaq üçün xüsusi qab və steril pambıq yumruları olmalıdır. Qadını yuduqda 
sağrının altına ləyən qoyurlar. Xəstə qadın dizlərini qatlayır və qıçlarını azca aralayıb arxası üstə uzanır. 
Qabı sol əldə saxlayıb su qasıq nahiyəsinə tökülür, pambıq tampon kornsaqla tutularaq xarici cinsiyyət 
üzvündən anusa doğru yuyulur, tampon atılır. Sonra quru tamponla dəri eyni istiqamətdə silinir. Xəstəni 
Esmarx qabından su tökməklə də yumaq olar, bunun üçün ona rezin borucuq, sıxac və uşaqlıq yoluna 
salınan ucluq taxılır. Bu vaxt su və ya zəif kalium permanqanat məhlulunun şırnağını aralığa yönəldirlər. 
Kişiləri yumaq üçün xəstə arxası üstə uzanır, sağrının altına ləyən qoyulur, su şırnağı aralığa və qasıq 
büküşlərinə yönəldilir. Pambıq tamponla dəri silinir, qasıq büküşləri bişibsə, vazelin və ya başqa bir yağ 
sürtülür.
Xəstənin yatağının hazırlanması-yataq rahat və təmiz olmalıdır, çarpayının toru sallanmamalı, döşək 
kələ-kötür olmamalıdır. Döşəyin üzünü tez-tez dəyişib havaya vermək lazımdır. Yerini bulaşdıran 
xəstələrə döşəyin üstündən müşəmbə salınır. Döşəyin üstünə təmiz döşəkağı salınır, kənarları döşəyin 
altına qatlanmalıdır. 2 yastıq verilir. Yatağa qışda isti adyal, yayda isə pike adyal verilir. Çarpayılar təkərli 
olmalıdır. Bundan əlavə, xüsusi çarpayılar da vardır. Belə çarpayının 3 bölməsi olur. Dəstəklərin köməyi 
ilə xəstəyə rahat vəziyyət vermək olur. Çarpayının yanında çarpayıyanı stol qoyulur. Ağır xəstələr üçün 
xüsusi diyircəkli stollar vardır. Stasionarda xəstənin alt paltarı 7-10 gündən bir dəyişilir. Miokard infarktı 
olan xəstələrə yaxası açıq köynək geyindirilir.
Xəstənin köynəyini çıxarmaq üçün əlləri onun omasının altına salır və köynəyi ətəyindən 
bürmələyib yuxarı gətirir, sonra xəstənin əllərini yuxarı qaldırıb köynəyi xəstənin başından çıxarırlar. Əks 
qayda ilə geyindirirlər. Əvvəlcə sağlam qolları, sonra başdan keçirib geyindirirlər. Xəstənin qolu 
zədəlidirsə, əvvəlcə sağlam qolu çıxardır, geyindirdikdə isə əvvəlcə xəstə qol geyindirilir. Çirkli dəyişəyi 
müşəmbə kisələrə doldurub palatadan çıxarırlar.
Yataq ağlarını dəyişdirdikdə xəstənin vəziyyəti nəzərə alınmalıdır. Çirkli döşəkağı baş və ayaq 
tərəfdən ortaya doğru bükülür, götürülür. Təmiz döşəkağı hər iki tərəfdən bint kimi bükülüb, xəstənin 
ombası altına keçirilir, sonra baş və ayaqlara doğru açılır. Döşəkağını 2 adam dəyişməlidir. Əgər xəstəyə 
çevrilməyə icazə verilirsə, əvvəlcə onun başının altındakı yastığı götürürlər. Xəstə üzü çarpayının 
kənarına olmaqla böyrü üstə çevrilir. Sonra azad olmuş hissədə çirkli döşəkağı boylama bürmələnərək 
xəstənin arxasına söykədilir və beləcə boylama bürmələnmiş təmiz döşəkağı bürməsi çirkli döşəkağının 
yerinə sərilərək, hər iki döşəkağı bürməsi xəstənin arxasında çarpayı boyunca bir-birinə paralel qoyulur. 



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin