Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 49 MÖVZU 23 VENADAXĠLĠ ĠNYEKSĠYALARIN TEXNĠKASI. LABORATOR MÜAYĠNƏ ÜÇÜN VENADAN QANIN GÖTÜRÜLMƏSĠ Venadaxili inyeksiya-Bu metoddan tǝcili yardım göstǝrmǝk mǝqsǝdi ilǝ istifadǝ edilir. Venadaxili
inyeksiyanı ǝn çox dirsǝk nahiyǝsinin venalarında hǝyata keçirirlǝr. Bǝzi hallarda ǝlin, gicgah nahiyǝsinin
venalarından istifadǝ edilir. Tibb bacısı bu manipulyasiyanı yerinǝ yetirǝndǝ çox diqqǝtli olmalıdır. Daima
yadda saxlamaq lazımdır ki, preparat dǝrhal qana düşür vǝ hǝr hansı bir sǝhv (aseptikanın pozulması,
venaya havanın vǝ mǝhlulun düşmǝsi, dǝrman preparatlarının sǝhv vurulması) xǝstǝnin ölümünǝ sǝbǝb ola
bilǝr. Venadaxili inyeksiya üçün iynǝnin uzunluğu 40 mm, diametri 0,8 mm olmalıdır. Xǝstǝ ya oturmuş,
ya da uzanmış vǝziyyǝtdǝ olmalıdır.
ĠĢin gediĢi: 1) Xǝstǝnin dirsǝyinin altına müşǝmbǝ balış qoyulur;
2) Bazunun orta 1/3 hissǝsinǝ rezin jqut qoyulub elə bağlanılır ki, mil arteriyasında pulsasıya kǝşılmǝsin.
Jqut elǝ bağlanmalıdır ki, onun sǝrbǝst ucları yuxarı, düyün isǝ aşağı baxsın;
3) Venaların qanla dolması üçün xǝstǝyǝ təklif edilir ki, bir neçǝ dǝfǝ əlini açıb-yumsun, yaxud dirsǝk
nahiyǝsi yüngülcə döyəclənir, massaj edilir və xəstə əlini yumruq şəklində bükür;
4) İnyeksiya nahiyəsi 2 dəfə spirtli tamponla silinir;
5) Şpris sağ ǝlǝ götürülür, bu zaman göstǝrici barmaq iynǝnin kanyulasını, o biri barmaqlar isǝ silindri
tutur;
6) İynǝnin keçiriciliyini vǝ şprisdǝ havanın olub-olmamasını yoxlamalı (ǝgǝr şprisdǝ çoxlu miqdarda hava
qabarcıqları varsa, şprisi silkǝlǝmǝklǝ iri bir hava qabarcığı alırıq ki, onu da iynǝdǝn çıxarmaq asan olur) ;
7) Dirsǝk nahiyǝsinin dǝrisi periferiyaya doğru çǝkilǝrǝk, vena fiksasiya olunur;
8) Şprisin vǝziyyǝtini ǝldǝ dǝyişmǝyǝrǝk, iynǝnin kǝsiyi yuxarı olmaq şərtilə dǝriyə paralel surətdə dərini
deşərək venanın üzəri ilə iynəni 1-2 sm yeridir, sonra venanın divarını deşirlər;
9) İynǝnin venada olmasını yoxlamaq üçün porşeni bir qədər geri çəkirlər, bu zaman şprisǝ qan dolur;
10) Sol ǝllǝ jqut açılır, xǝstǝdǝn xahiş olunur ki, əlini açsın;
11) Şprisin vǝziyyǝtini dǝyişmǝyǝrǝk, sol ǝllǝ porşenǝ tǝzyiq edǝrǝk, yavaş-yavaş dǝrman preparatı
venaya yeridilir. Şprisdǝ 1-2 ml mǝhlul qalmalıdır;
12) İnyeksiya yerinǝ pambıq tampon sıxaraq, iynǝ çıxarılır. Xǝstǝdǝn xahiş edilir ki, qolunu dirsǝk
oynağında 5 dǝqiqǝlik qatlasın (spirtli pambıq inyeksiya olunan yerdǝ qalmalıdır) .
Qanın biokimyəvi müayinəsi üçün venadan 10-20 ml qan götürülür. Adi venepunksiya üsulu ilə
steril sınaq şüşəsinə qan götürülür, laboratoriyaya göndərdikdə onunla birlikdə analizin məqsədi və
xəstənin pasport göstəriciləri qeyd olunmuş kağız da göndərilməlidir.