Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə54/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   165
Tibb bacısının işi

Məlhəm sarğıları-müxtəlif məlhəmlərdən və pastalardan istifadə olunur. Pastalar-bərabər miqdarda 
piy əsasları və poroşok qarışığından ibarətdir. Bu qarışığa müxtəlif dərman maddələri, naftalan, ixtiol, 
qətran, turşular və s. əlavə olunur. Bunlar quruducu xassəlidir, dərinin iltihabi proseslərində tətbiq olunur. 
Məlhəmlər-nisbətən qatılığı pastadan azdır, çünki piy artıq olur. Xroniki iltihabi proseslərdə, çatlarda 
istifadə olunur. Belə sarğılar gündə 1-2 dəfə yaxılır. Sıx tüklü hissələrə məlhəm yaxmaq olmaz.
Plastır-nifuz edilməyən parça ilə örtülmüş qatı konsistensiyalı yapışqan məlhəm əsasıdır. Bunun 
tərkibində aktiv dərman maddələri ola bilər. Dərman maddələri olmayan plastırdan trofik yaraların 
müalicəsi zamanı sarğının dəriyə təsbit edilməsində istifadə olunur. Dərmanlı olan plastır toxumanın dərin 
qatına intensiv təsir etdiyi üçün ondan çibanların, ziyillərin və s. müalicəsində istifadə olunur. Dərmanlı 
plastır 2-3 gündən bir dəyişdirilir.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 47 
MÖVZU 22 
 
ġPRĠS VƏ ĠYNƏLƏRĠN NÖVLƏRĠ, ONLARIN ĠġLƏDĠLMƏSĠ. DƏRĠALTI, 
DƏRĠĠÇĠ, ƏZƏLƏDAXĠLĠ ĠNYEKSĠYALARIN TEXNĠKASI 
 
İnyeksiyalar şpris və iynələrin köməyi ilə aparılır. Şpris mayeni yeritmək və sormaq üçün nasos 
olub, iki deşiyi olan içiboş silindr (böyük dəlik porşen, kiçik dəlik isə iynəni taxmaq üçündür), oxlu 
porşen və dəstəkdən ibarətdir. Silindrin üzərində ml-lərlə nişanlanmış bölgülər vardır. Porşen silindrin 
daxili divarına kip toxunaraq sərbəst hərəkət etməli, lakin hermetik olmalıdır, yəni hava və maye 
buraxmamalıdır. Şprislərin müxtəlif növləri vardır:“Rekord“, “Lyuer“ tipli şprislər, şpris-tübiklər və s. 
”Rekord»tipli şprislərin silindri şüşədən, porşeni, konus və sağanağı isə metaldan hazırlanır. Belə 
şprislərin bir sıra çatışmayan cəhətləri vardır:qızma və soyuma zamanı metal və şüşənin həcminin 
dəyişməsi müxtəlif olduğu üçün çox vaxt şüşə silindr sınır, yaxud metal porşen soyumayana qədər onu 
silindirə salmaq mümkün olmur.
“Lyuer” tipli şpris tamamilə şüşədən hazırlanır. Bu şprislər tez sınır, konusu tez yeyilir və 
hermetikliyi qısa bir vaxtda pozulur. Kombinəolunmuş şprislərin silindrləri metal soğanaqsız, konusları 
metaldan olub, porşenləri şüşədəndir.
Son zamanlar plastmasdan hazırlanmış və fabrik şəraitində sterilizə edilmiş birdəfəlik şprislərdən 
istifadə etmək məsləhət görülür. Bunlar yalnız bir dəfə dərman yeritmək üçün nəzərdə tutulur (qazanılmış 
immun çatmamazlıq sindromunun-QİÇS-in profilaktikası məqsədilə) .
İlk və təcili yardım göstərmək məqsədilə şpris-tübiklər daha əlverişlidir. Bunlar içərisində istifadə 
üçün hazır dərman doldurulmuş, fabrik şəraitində hazırlanmış steril birdəfəlik şprislərdir.
Tibbdə həmçinin bir sıra xüsusi təyinatlı şprislər də işlədilir:insulin şprisi, qırtlağı, qulağı yumaq 
üçün şprislər, boşluqları yumaq üçün işlədilən 50-200 ml tutumlu Jane şprisləri və s. bunlara aiddir.
İnyeksion iynələr bir ucu çəp kəsilmiş və iti olan, digər ucu isə şprisin konusuna taxılmaq üçün 
muftası olan paslanmayan xromnikelli metaldan hazırlanan borudur. İynələr müxtəlif uzunluqda (15-90 
mm) və diametrdə (0,4-2 mm) olur və rəqəmlə nömrələnir:0415, 0420, 0520, 0840, 1060. Birinci iki 
rəqəm onda bir millimetr olmaqla iynənin diametrini, axırıncı iki rəqəm isə iynənin mmlə uzunluğunu 
bildirir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin