Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 50 MÖVZU 24 ĠNFUZĠON TERAPĠYA ÜÇÜN SĠSTEMĠN DOLDURULMASI, VENA DAXĠLĠNƏ VƏ DAMCI ÜSULU ĠLƏ DƏRMANLARIN YERĠDĠLMƏ TEXNĠKASI. Vena daxilinǝ mǝhlul köçürmǝ-xüsusi damcı sistemlǝri ilǝ hǝyata keçirilir. Bu üsulla uzun
müddǝtǝ 100 ml-dǝn tutmuş bir neçǝ litrǝ qǝdǝr mǝhlul köçürmǝk olar. Bu mǝqsǝdlǝ son zamanlar bir
dǝfǝlik sistemlǝr buraxılır ki, bunlar vasitǝsilǝ qan, qanǝvǝzedicilǝr köçürülür. Sistem öz sterilliyini
müǝyyǝn müddǝtǝ qǝdǝr saxlayır. Onun üzǝrindǝ saxlama müddǝti qeyd olunur. Sistemin damcı üsulu ilǝ
köçürmǝ üçün hazırlanması prosedura kabinetindǝ, köçürmǝ isǝ palatada aparılır. Bu zaman xǝstǝ rahat
horizontal vǝziyyǝtdǝ olmalıdır.
ĠĢin gediĢi: 1) Paketin hermetikliyi vǝ saxlama müddǝti yoxlanılır;
2) Flakonun mǝrkǝzi hissǝsindǝ olan dǝmir qapaq steril olmayan pinsetlǝ açılır vǝ spirtdǝ isladılmış
pambıq tamponla işlǝnilir;
3) Tibb bacısı əllərini spirtlə silib, paketin ağzını açır vǝ sistem çıxarılır;
4) Hava çıxaran iynǝnin qapağı çıxarılır vǝ axıra qǝdǝr flakonun tıxacağına salınır. Sǝrbǝst tǝrǝfi flakona
aptek rezini ilǝ bǝrkidilir;
5) Vint bağlanılır, sistemin qısa ucunda olan iynǝnin qapağı çıxarılır vǝ flakonun tıxacına axıra qǝdǝr
yeridilir;
6) Flakon çevrilir vǝ ştativǝ bǝrkidilir;
7) Damcı salan horizontal vǝziyyǝtǝ gǝtirilir vǝ vint açılır. Yavaş-yavaş damcı salan doldurulur;
8) Vint bağlanılır vǝ damcı salan ǝvvǝlki vǝziyyǝtinǝ qaytarılır;
9) Vint açılır vǝ sistem yavaş-yavaş doldurulur. Bu zaman mǝhlul havanı oradan tam çıxarmalıdır;
10) Uzun boruda hava qabarcıqlarının olub-olmamasını yoxlayın. Steril latoka inyeksiya üçün iynǝ,
pambıq, pambıq şariklǝr (spirtdǝ isladılmış), steril salfetka qoyulur. Eni 1 sm, uzunluğu 4-5 sm olan iki
leykoplastr zolağı hazırlanır.